Dek
2017
21:37
143
96
3522
Virtual karabakh

Regionlarda pulsuz “Wi-Fi” olacaq – VİDEO

7 Dek, 2017
21:37
3522

Regionlarda pulsuz “Wi-Fi” olacaq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bölgələrdə yaşayan və mütəmadi şəkildə internetdən istifadə edən vətəndaşlara şad xəbərimiz var. Artıq regionlardakı parklarda da pulsuz “Wi-Fi” şəbəkəsi olacaq.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hazırda Bakıdakı bütün böyük parklarda pulsuz “Wi-Fi” xidməti var. Layihə gələcəkdə də davam etdiriləcək və bölgələrdəki parklar da pulsuz “Wi-Fi” ilə təmin olunacaqlar.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanın ikinci peyki yaxın aylarda orbitə göndəriləcək.

Gələn il orbitə buraxılacaq “Azərspace-2” peykinin əhatə dairəsi Avropa, Yaxın Şərq, Afrikada Böyük Səhra, eləcə də Mərkəzi və Cənubi Asiya olacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri