Dek
2017
10:00
97
29
3281
Virtual karabakh

Samsung mikrodalğalı sobaları– çoxproqramlı ağıllı məişət texnikası

9 Dek, 2017
10:00
3281

Samsung mikrodalğalı sobaları– çoxproqramlı ağıllı məişət texnikası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uşaqlıqdan anamın donu gec açılan çox buzlu toyuq almamaq  xahişini xatırlayıram.Lakin, anamın bu istəyi, xüsusən evə qonaq gəldiyi zaman, yaxınlıqda olan mağazaya girib oradaolan istənilən  toyuğu aldığım kimi anlarda həyata keçmirdi.Sonrakı  mərhələ isə yazıq anamın toyuq adı altında aldığım buz parçasını hər yolla əritməyə çalışması olurdu. Nə yaxşı ki, indi həyatımız asanlaşıb, çünki Samsung mikrodalğalı sobalarının“Sürətli don açma” funksiyası var. İsti suda buz əritmə dövrünə son! İndi ağıllı mikrodalğalı sobada don açmaq çox asandır, çünki

Samsung öncədən hər məhsula uyğun rejim hazırlayıb. Bu sobalarda məhsulun çəkisini nəzərə alan, ayrı ayrılıqda balıq, toyuq və ət üçün rejimlər nəzərdə tutulub. Gəlin bu prosesi yaxından izləyək.Əti götürürük və qaba qoyub mikrodalğalı sobaya yerləşdiririk.  Sonra “Sürətli don açma” funksiyasını seçirik, ardınca məhsuluvə onun çəkisini qeyd edərək, “start” düyməsini basırıq. Bir müddət keçdikdən sonrasoba səs siqnalı ilə prosesi dayandırır.  Bu zaman ərzağın hər tərəfdən bərabər şəkildə buzlardan azad olması üçünonu çevirib yenidən kameraya yerləşdirib “start” düyməsinə basırıq, və proses dayandığı yerdən davam edir.

Mikrodalğalarınüç qat paylanma sistemi (Triple Distribution System) sayəsində nəinki don açma, həmçinin, yeməklərin bərabər şəkildə qızdırılması da təmin edilir.Samsung mikrodalğalı sobalarının köməyi ilə istənilən yeməyi qızdırarkən onun tam isindiyinə əmin ola bilərsiniz, belə ki, Triple Distribution System dalğaları kameranın bütün sahəsi üzrə bərabər paylayır.

Lakin, Samsung sobalarının imkanları bununla kifayətlənmir. Yeni sobalar  sadə sıyıqdan başlayaraq tomat souslu nəfis balığa qədər bir çox yemək üçün hazır menyu ilə təchiz olunub. Sağlam həyat tərzini seçənlər üçün isə burada faydalı yeməklər hazırlamaq üçün rejimlərdə nəzərdə tutulub. Bəzi modellər isə qril ilə təchiz olunub ki, xırtıltılı toyuq qızartmasını tez bir zamanda bir damla belə yağ və ya mayonez istifadə etmədən hazırlamaq mümkündür. Bütün multifunksionallığına baxmayaraq, Samsung sobaları həmdə büdcənizə qənaət edir. ECO Mode qənaət rejimi gözləmə zamanı enerji sərfiyyatını tənzimləyərək elektrik enerjisinə olan ödənişlərinizi azaldır. Bu çox vacib amildir, çünki günün 24 saatı mikrodalğalı soba enerji xəttinə qoşuluolaraq gözləmə rejimində olur. 

Müasir həyat ritmində xanımlarımızın əməyini asanlaşdıran intellektual texnikaya böyük yer ayrılır, mikrodalğalı soba isə, sözsüzki,sizin vaxtınıza və pulunuza qənaət edir.

Samsung mikrodalğalı sobaları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Optimal, Maxi.Az və Music Gallery mağazalar şəbəkələrinə müraciət edə bilərsiniz.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri