15 
Dek
2017
10:00
25
91
2152
Virtual karabakh

"Samsung" mikrodalğalı sobaları sizin ən etibarlı köməkçinizdir

15 Dek, 2017
10:00
2152

"Samsung" mikrodalğalı sobaları sizin ən etibarlı köməkçinizdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir dövrdə  mikrodalğalı sobalar hər evin əvəzolunmaz əşyasına çevrilib. Bəzən  mikrodalğalı sobaların bizim üçün etibarlı köməkçi olduğunu anlayıb, o olmadan  necə yaşayacağımızı düşünürük.

Təcrübənin sübut etdiyi isə odur ki, mikrodalğalı sobaların imkanlarından hələ də tam şəkildə istifadə etmirik. Belə ki, mikrodalğalı sobası olan hər kəs internetdə mikrodalğalı sobadan məharətlə istifadə edərək, bir göz qırpımında hazırlanan popkorndan tutmuş, fincanda kapkeyk hazırlama qaydalarına qədər minlərlə maraqlı video və məsləhətlərdən yararlana bilər. 

Təəssüflər olsun ki, bir çoxlarında mikrodalğalı sobalar yalnız rəflərdə tozlanır və ancaq nadir hallarda yemək qızdırmaq üçün istifadə edilir. Lakin bunu səbəbsiz saymaq olmaz, belə ki, bəzi sobalardan istifadə yeni dil öyrənməkdən daha çətindir. Ələlxüsus bu, televizor pultunda 4, telefonda  2 düymə ilə tanış olan, soyuducunun idarəetmə panelinə isə yaxın getməyən insanlara aid edilir. 

Ağlınıza belə gəlməyən imkanları qarşınızda açan intuitiv anlayışlı bu sobalar menyu seçimi olan bir neçə hazırlanma rejiminə sahibdirlər. Rejimlər istifadə üçün çox asandır. Bəli, deyə bilərsiniz ki, hər bir cihazın istifadə kitabçası olur, amma sözün doğrusu odur ki, texnikamız sınmayana qədər biz bu kitabçaları heç axtarmırıq. 

Adətən, yeni aldığımız əşyanı evə yerləşdirəndə sevindiyimizdən o kitabçanı qutu ilə bir yerdə atırıq. Bu səbəbdən bizi düşünən "Samsung" sobaların daxili kamerasının üzərində bu menyunu tam şəkildə əks etdirib ki, bundan sonra daha istifadə kitabçasını axtarmağa gərək qalmır. Sadəcə, sobanın qapısını açaraq, bizə lazım olan menyunu tapmağımız kifayətdir. Buna  misal olaraq, qəlyanaltı bölümü, nömrə 7 - Omlet. Ərzaqları hazırlayırıq, sobanın içinə qoyuruq və paneldən bu menyunu seçirik, və budur - dəqiqələr içində nəfis yeməyimiz hazırdır.

Yəqin ki, çox vaxt sobanı təmizləməyi gözümüzün qabağına gətirərək, sevimli  yeməklərimizdən imtina etmək məcburiyyətində qalırıq. Toyuq qızartması hazırlayarkən soba elə qalın yağ ləkələri ilə örtülür ki, bu ləkələri təmizləmək üçün əsl güc tətbiq etməli oluruq, bəzən isə bu proses o qədər ciddi və çətin olur ki, yeni soba almaq fikri bizə daha cəlbedici görünür.

"Samsung" mikrodalğalı sobaları ilə yorucu təmizliyi unudun! Sobanın daxili kamerası 99% bakteriyalardan qoruyan bio-keramik örtüklə təchiz olunub. Bu örtük asan təmizlənir və sizdən artıq güc tələb etmir. Xüsusi faydalı qida rejimləri ilə isə hətta “qızardılmış” yeməkləriniz xeyirli olacaq. Siz həm yağ istifadə etmədən yemək bişirə bilərsiniz, həm də "Triple Distribution System"in imkanlarından yararlana bilərsiniz. TDS - mikrodalğaların üç qat paylanma sistemi - sayəsində yeməkdə daha çox vitamin qalır, və bişirmə tam və bərabər şəkildə həyata keçirilir. Bu texnologiya mikrodalğaları kameranın bütün səthinə bərabər paylayır və yeməyi onun hər bir nöqtəsini əhatə edərək bişirir.

"Samsung" mikrodalğalı sobaları həyatınızı asanlaşdıraraq, yemək bişirməyi həzzə çevirəcək. İndi istədiyinizi sevə-sevə bişirin! "Samsung" mikrodalğalı sobaları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Optimal, Maxi.Az və Music Gallery mağazalar şəbəkələrinə müraciət edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri