15 
Dek
2017
22:20
144
68
6714
Virtual karabakh

Bu sahədə xeyli sayda iş yeri yaradılacaq

15 Dek, 2017
22:20
6714

Bu sahədə xeyli sayda iş yeri yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”ndə əks olunmuş tədbirlərin həyata keçirilməsi 2020-ci ilədək ölkə ÜDM-nin 235 milyon manat artırılmasına imkan verəcək.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, göstərilən dövrədək İKT sahəsində 1450 yeni iş yerinin yaradılması gözlənilir: 

“Qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ölkəyə iri investisiyalar cəlb etməyə, bank və təhsil sahələrində yeni rəqəmsal texnologiyaların tətbiqinə və s. imkan verəcək”.

İcraçı direktor Dünya Bankının Azərbaycanı İKT sahəsinin inkişaf perspektivləri üzrə TOP-10-luğa daxil etdiyini xatırladıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri