16 
Dek
2017
17:47
624
46
13229
Virtual karabakh

Abunəçilər “Azercell”in xidmətindən şikayət edirlər

16 Dek, 2017
17:47
13229

Abunəçilər “Azercell”in xidmətindən şikayət edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin bəzi ərazilərində “Azercell” şirkətinin göstərdiyi internet xidmətlərində yaranan problemlər hələ də davam edir. Problemlə bağlı şikayətlərin əksəriyyəti Xətai rayonundandır.

Oxu.Az-ın xəbərinə görə, abunəçilərin “Report”a bildirdiyinə görə, hələ noyabr ayında problemlə bağlı şirkətə müraciət olunsa da, problem həllini tapmayıb.

Abunəçilər bildirirlər ki, 3G və 4G paketləri aktiv olunduğu halda faktiki internet sürəti xeyli aşağıdır: 

“3G və 4G sürətli paketlər ümumiyyətlə açılmır, həmin trafikə görə pul ödənilsə də “EDGE” şəbəkəsində xidmət olunur”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri