27 
Dek
2017
10:00
30
110
5394
Virtual karabakh

Yeni il hədiyyələri haqda düşünürsünüz? Bu halda “Samsung” ən gözəl köməkçinizdir

27 Dek, 2017
10:00
5394

Yeni il hədiyyələri haqda düşünürsünüz? Bu halda “Samsung” ən gözəl köməkçinizdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni il möcüzələr zamanıdır. Yəqin ki, çoxlarının uşaqlıqda hansı hədiyyə istədiyimizi bilən Şaxta Babanı necə həvəslə gözlədiyimiz yadındadır, axı o, bizə arzu etdiyimiz hədiyyələri gətirəcəkdi. Ən maraqlısı da o idi ki, hər dəfə nə istədiyimizi bilirdi, bu səbəbdən hərdən valideyinlərimizin Şaxta baba ilə əlbir olduğunu da düşünürdük. Böyüsək də, möcüzə həvəsi hələ də içimizdə yaşayır. Bu il doğmalarınızın arzularını gerçəkləşdirmək zamanıdır. Ananızın vitrində olan mikrodalğalı sobaya dəfələrlə baxması, sonra isə uzun-uzun sizə onun bacarıqları və imkanları haqda söhbəti bunun üçün böyük əsasdır. Ananızın arzusunu gerçəkləşdirməniz üçün bu istəyi yerinə yetirməyə sizə hər bir zövqə, istəyə və büdcəyə uyğun “Samsung” sobaları kömək edəcək. Əmin olun ki, bu mikrodalğalı sobaların hazır yemək menyuları və əziyyətsiz təmizlənmə bacarığı ananızı sevindirəcək. Qoy ananızın zərif əlləri “Samsung” sobalarının bio-keramik örtüyünün bəxş etdiyi asan və rahat təmizləmə imkanı ilə dincəlsin. Qoy ananız yorğun iş günündən sonra yeməyini tez qızdırsın, çünki anamıza hər bir rahatlığı yaratmaq bizim borcumuzdur.

Uşaqlıqda sizdən ananızı, ya atanızı çox istədiyinizi soruşanda siz də “Hər iksini!” deyirdinizsə, onda mütləq atanızı sevindirməyi unutmayın. Özünüz düşünün, axı hələ nə qədər atanız sizdən qalan telefonları işlədəcək? Ömür ötüb keçir, atanız isə hələ də yeni telefon işlətməyib? “Samsung” sizə bütün sirlərini açır və 2017-ci ilin smatfonlarını sizə qürurla təqdim edir. Burada öz seqmentində unikal olan və xüsusiyyətləri ilə sizi təəccübləndirən smartfon sırası ilə tanış ola bilərsiniz. Bu məhsul xəttində sizi “Samsung Galaxy S8” və bir çox mükafata layiq görülmüş “Samsung Galaxy Note8” flaqmanlarından tutmuş, ilin ən çox satılan telefonlarından olan “Samsung Galaxy J5” kimi bir çox telefon gözləyir.

Hər kəsin hədiyyəsi hazırdırsa, indi özünüz haqda düşünməyin zamanıdır. Çoxdandır yataq otağınızda televizor çatışmır? Lakin adi televizor deyil, mükəmməl görüntülü, internet dəstəkləyən, smartfonunuzu asanlıqla qoşa biləcəyiniz bir televizor gərəkdir? Bu halda “Samsung UHD TV” ilə tanış olun! UHD TV - “qövsvari” dizaynlı və multifunksional müasir smart TV-dir. Onunla siz həm təbii və canlı görüntüdən həzz alacaq, həm də yeni nəsil televizorların nəyə qadır olduğunu özünüz sınayacaqsınız.

Əminik ki, “Samsung” distribüterləri Baku Electronics, Kontakt Home, Maxi.az, Music Gallery, Optimal və Soliton mağazalar şəbəkəsinə baş çəkməklə siz ürəyinizə yatan, cibinizə uyğun hədiyyə tapacaqsınız. Xüsusi Yeni il təkliflərindən yararlanmağı da unutmayın!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri