26 
Dek
2017
18:51
24
130
3638
Virtual karabakh

Sahib Məmmədov: BBF biznes üçün çox əlverişli imkan yaradır

26 Dek, 2017
18:51
3638

Sahib Məmmədov: BBF biznes üçün çox əlverişli imkan yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Biznes Fabriki (BBF) biznes üçün çox əlverişli imkan yaradır.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu “Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda keçirilən tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, biznesə başlamaq istəyən şəxslər BBF-in imkanlarından da istifadə edə bilərlər: “Bakı Biznes Fabriki biznes-inkubator kimi bütün zəruri şəraitlə təchiz olunub. Bu imkanlardan istifadə etmək yeni başlayanlar üçün faydalı ola bilər”.

Nazir müavini həmçinin qeyd edib ki, regionlarda İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış biznes inkubatorların və ABAD-ın imkanlarından istifadə etmək olar.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri