11 
Yan
2018
10:00
126
46
10076
Virtual karabakh

“Samsung”dan yeni “Galaxy A8” və “A8+” smartfonları

11 Yan, 2018
10:00
10076

“Samsung”dan yeni “Galaxy A8” və “A8+” smartfonları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni il təlaşı səngimədən hər yana “Samsung” şirkətindən yenilik xəbəri yayıldı. Bu, ölkə bazarından da yan keçməyən “Galaxy A8” və “A8+” smartfonlar xəttinin təqdimatıdır.

Oxu.Az-ın xəbərinə görə, yeni xətt Azərbaycan bazarında yanvar ayının axırında satışa çıxarılacaq.

“A8” və “A8+”  smartfonları “sərhədsiz” displey ilə təchiz olunub, lakin əvvəlki modellərdən fərqli olaraq, bu A seriyasında istifadə olunan ən böyük ekrandır. Şübhəsiz ki, belə geniş displeyin həm film seyrində, həm də adi iş prosesində üstünlükləri çoxdur.

2017-ci ilin A seriyasında istifadə edildiyi kimi, yeni smartfonların dizaynında da vəznli və axarlı, zərif xətlərdən istifadə olunub. Yüksək erqonomikası sayəsində hər iki smartfon əldə rahat yerləşir. Metaldan ərsəyə gətirilmiş yan çərçivə isə smartfonlara  incəlik və premiallıq hissi bəxş edir. Yüksək keyfiyyətli plastik və şüşədən hazırlanmış arxa panel hər toxunuşda zərif təəssurat yaşadaraq, cihazların incə obrazını tamamlayır.

Yeni smartfonlar hazırda bazarda mövcud olan ən yaxşı ikili ön kamera ilə təchiz olunacaqlar. İki frontal kamera tək kameranın qeyd edə bilmədiyi hər bir detalı və incəliyi məharətlə əks etdirəcək. İndi bir çoxlarının bəyəndiyi və geniş istifadə etdiyi “Boke” effektini həm də selfilərdə tətbiq etmək olacaq. “Live Focus” funksiyası sayəsində kameranız vacib olan detalları qeyd edəcək. Buraya geniş stiker dəstinin istifadəsini və bir çox “beauty” effektinin tətbiq edilə bilməsini də əlavə etsək, siz smartfonunuzda yerşləşdirilmiş tam funksional və qüsursuz fotoaparata yiyələnmiş olursunuz. Əsas kamera isə işığa həssas obyektiv ilə təchiz olunaraq, zəif işıq şəraitində belə, parlaq və aydın şəkillər çəkməyə imkan yaradacaq.

Yeni smartfonlarının işləmə prosesinə nəzər yetirsək, burada təkmilləşdirilmiş xüsusiyyətlər, yenilənmiş imkanlar və güclü prosessorla üzləşərik. Bu parametrlərin hər biri “Galaxy A8” və “”A8+”-un sürətli və multifunksional cihaz olmalarına işarədir.

Sözsüz ki, “Galaxy A8” və “A8+” smartfonları istifadəçiləri sevindirərək mobil cihazlar bazarında öz xüsusi yerlərini tutacaqlar. Sizi bilmirəm, amma mən 2018-ci ilin “İlkini” səbirsizliklə gözləyirəm.

“Samsung Galaxy A8” və “A8+” smartfonları haqqında əlavə məlumatla Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az və Soliton mağazalar şəbəkəsində tanış ola biləcəksiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri