11 
Yan
2018
19:14
26
90
2015
Virtual karabakh

Gürcü nazir müavini “Baku Business Factory”nin nümayəndələri ilə görüşüb

11 Yan, 2018
19:14
2015

Gürcü nazir müavini “Baku Business Factory”nin nümayəndələri ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Baku Business Factory”nin (BBF) nümayəndələri bu gün Tbilisidə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Giorgi Çerkezişvili ilə görüşüblər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, BBF-in İdarə Heyətinin üzvü Anar Əskərov görüşdə qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı startap layihələrin əməkdaşlığı üçün əlverişli şərait yaradır. A.Əskərov BBF-in fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları ilə bağlı məlumat verib.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Giorgi Çerkezişvili ölkəsində startap layihələrinə göstərilən dəstəklə bağlı məlumat verib. O qeyd edib ki, hazırda Nazirliyin əsas hədəfi Gürcüstanın regionlarındakı layihələrə dəstək verməklə onların inkişafını təmin etməkdir.

Görüşdə BBF-lə Gürcüstanın müvafiq təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq yolları müzakirə olunub.

Qeyd edək ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri