Fev
2018
14:49
33
76
3692
Virtual karabakh

“Bakcell”in LTE şəbəkəsi artıq Azərbaycanın şimal bölgəsində

9 Fev, 2018
14:49
3692

“Bakcell”in LTE şəbəkəsi artıq Azərbaycanın şimal bölgəsində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanının ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” özünün 4G LTE şəbəkəsini ölkənin şimal bölgəsində də istifadəyə verib. 

Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, ölkənin digər bölgələrində də yüksək sürətli LTE şəbəkəsinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərin davamı olaraq, “Bakcell” şirkəti Azərbaycanın şimal bölgəsindəki bir neçə rayon mərkəzində yeni LTE stansiyaları quraşdırıb. 

“Bakcell”in 4G xidməti artıq Quba, Qusar (Şahdağ ərazisi daxil olmaqla), Xaçmaz, Siyəzən (Qalaaltı ərazisi daxil olmaqla) və Şabran rayonlarının mərkəz hissələrini əhatə edir. Beləliklə, “Bakcell” abunəçiləri həmin ərazilərdə ən yüksək sürətli mobil internet xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.

“Bizim əsas məqsədlərimizdən biri abunəçilərimizi yüksək sürətli mobil internet xidmətləri ilə təkcə paytaxtda yox, bütün ölkə ərazisində təmin etməkdir. Bildiyiniz kimi, 4G şəbəkəmizin Bakı və Abşeron yarımadasının ərazisinin tam əhatə etməsi üzrə işlər başa çatdırıldıqdan sonra Gəncə şəhəri və ətrafında yerləşən ərazilərdə 4G stansiyalarının quraşdırılmasına başladıq və bununla  respublikanın bölgələrində LTE şəbəkəmizin işə salınması prosesinə müvəffəqiyyətlə start verdik. 

Bu yaxınlarda, yəni 2018-ci ilin yanvar ayında “Bakcell” şirkəti böyük məmnuniyyətlə özünün ultra-sürətli 4G mobil internet xidmətinin Bakı şəhərinin bütün metro stansiyalarında istifadəyə verilməsini elan etdi.

Bu gün isə biz LTE şəbəkəsini artıq ölkənin şimal bölgəsində istifadəyə veririk. Bunun sayəsində daha çox Bakcell abunəçisi Azərbaycanda ən yüksək keyfiyyətli müştəri təcrübəsi və ən sürətli mobil şəbəkədən yararlana biləcəklər”, - deyə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bildirib. 

“Bakcell”in 4G xidməti daim mobil olmaq və olduqları bütün məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. 

Qeyd edək ki, 2017-ci ildə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şəbəkəsi Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri