Mar
2018
10:00
140
59
6561
Virtual karabakh

“Samsung Galaxy S9” və “S9+” smatfonlarının təqdimatı – FOTO

3 Mar, 2018
10:00
6561

“Samsung Galaxy S9” və “S9+” smatfonlarının təqdimatı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Barselonada keçirilən MWC 2018 sərgisi çərçivəsində “Samsung” bu ilin əsas yeniliklərindən olan “Galaxy S9” və “S9+” flaqmanlarını təqdim edib.

Oxu.az xəbər verir ki, smartfonların korpusu şüşə və metaldan hazırlanıb, “sərhədsiz” displeyi isə 18,5:9 qeyri-standart nisbəti olan ensiz çərçivə ilə haşiyələnib.

“Galaxy S9” və “S9+” biri birindən əsas iki amil ilə fərqlənir, bunlardan fərqli diaoqonalı – müvafiq olaraq 5,8” və 6,2” və kamera sayını qeyd etmək olar. Yenilik “S9+” smartfonunun əsas kamerasının ikili modul üzərində işləməsidir.

Smartfonların kameraları maraqlı təchiz olunub. Yeni Super Speed Dual Pixel sensoru 12 təsviri birləşdirərək keyfiyyətli şəkil əldə edə bilir. Kamera əlavəsi saniyədə 960 kadr qeyd etməyə imkan yaradan yeni sürətli çəkim rejimi ilə təchiz olunub ki, bu bacarığı smartfon dünyasında yeni trend yaradacaq.

Həmçinin, kamera qaranlıqda daha yaxşı şəkillər çəkmək üçün “dəyişkən” apertura ilə təchiz edilib. “Samsung” ekspertləri bu kamerada insan bəbəyinin zəif işıq şəraitində genişlənməsi və parlaq işıqda daralması bacarığını əsas götürüblər. Belə ki, obyektiv işıq şəraitindən asılı olaraq öz aperturasını dəyişir.

Frontal kamera bir sıra yeni imkanlar əldə edib ki, bunlardan ən maraqlısı Selfimoji yaratmaq qabiliyyətidir. Belə ki, ön kamera vasitəsi ilə smartfon həcmli üz maskası tərtib edərək virtual animasiyalı personajı yaradır, bu personaj öz növbəsində insan mimikasını və hərəkətlərinin təkrarlayır. Bu personajları siz həm messencerlərdə, həm də sosial mediada istifadə edə bilərsiniz.

Dəyişikliklər mühafizə skanerlərində də yer alıb. İndi “face recognition” funksiyası gözün qüzehi qişasını tanıma funksiyası ilə bərabər işləyir. Bu da öz növbəsində şəxsi məlumatlarınızın daha da təhlükəsiz şəraitdə saxlamağa imkan yaradır. Barmaq izi skaneri isə korpusun ön hissəsindən arxa hissəsinə, kameranın altına köçürülüb.

Tezliklə bütün dünyada satışa çıxarılacaq smartfonlar Azərbaycan bazarında damövcud olacaq. Həmyerlilərimiz “Samsung Galaxy S9” və “S9+” smartfonlarını öncədən sifariş etmək imkanından yararlana bilərlər. Mart ayının 9-dan 22-dək xüsusi təklif çərçivəsində S xəttinin yeni smatfonlarını sifariş edərkən hədiyyə olaraq Wireless Charger qazanacaqsınız.

Yeni “Galaxy S” xəttinin smartfonları haqqında ətarflı məlumatı Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri