Mar
2018
00:07
16
88
2399
Virtual karabakh

“Yandex” pulsuz foto hostinq xidmətini dayandırdı

8 Mar, 2018
00:07
2399

“Yandex” pulsuz foto hostinq xidmətini dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yandex” şirkəti “Yandex.Fotki” pulsuz hostinq xidmətinə xitam verildiyini elan edib.

Oxu.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat yayılıb.

Məlumata görə, xidmətin bütün kontenti aprelin 27-dən etibarən “Yandex.Disk”ə köçürüləcək.

“İnsanlar getdikcə bu xidmətdən az-az istifadə edir. Son yarım il ərzində Yandeks hesabı olanların cəmi 5 faizi,  bu xidmətə daxil olub. Hazırda “Fotki” ilə müqayisədə “Disk”ə bundan yüz dəfə çox fotoşəkil atırlar. Ona görə bütün fotoarxivi “buluda” köçürməyə qərar verdik”deyə şirkət öz qərarını əsaslandırıb.

Fotoşəkillər, onlara gələn şərhlər “Yandex.Disk” bölməsində xüsusi qovluqda saxlanılacaq.

Qeyd edək ki, “Yandex.Fotki” 2007-ci ildə istifadəyə verilmişdi.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri