15 
Mar
2018
21:58
187
34
8180
Virtual karabakh

3D printerlə 48 saata ev inşa etdilər – FOTO + VİDEO

15 Mar, 2018
21:58
8180

3D printerlə 48 saata ev inşa etdilər – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Oustin şəhərində (Texas ştatı) keçirilən “South by Southwest” texnologiya festivalında 3D çap üsulu ilə 48 saat ərzində inşa olunan ev təqdim olunub.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Icon” tikinti şirkəti  və “New Story” qeyri-gəlir təşkilatının birgə ərsəyə gətirdiyi bu layihə inkişaf etməkdə olan ölkələrdə az təminatlı, başının üstündə damsız qalmış insanları ucuz qiymətə evlə təmin etmək məqsədi daşıyır.

Statistikaya görə hər gün dünyada bir milyarddan çox insan açıq havada və ya heç bir şəraiti olmayan, təhlükəli daxmalarda gecələməli olur.

Şirkət rəsmilərinin dediyinə görə, 3D printerin köməkliyi ilə hazırlanmış bu ev yaşayamaq üçün gözəl bir məkandır.

60 kvadrat metrlik demonstrativ evin inşası xərcləri hələlik 10 min dollara yaxın olsa da, şirkətlər xərclərin əhəmiyyətli dərəcədə azalması üçün təkmilləşdirmə işlərini davam etdirir.  

“İcon” pilot layihə olaraq bu il El Salvadora yollanmağı və 2019-cu ilə kimi yoxsullar üçün azı 100 belə ev tikməyi planlaşdırır.

F.M.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri