19 
Apr
2018
07:28
50
85
3648
Virtual karabakh

“iPhone”lar üçkameralı olacaq

19 Apr, 2018
07:28
3648

“iPhone”lar üçkameralı olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələcəkdə istehsal olunması planlaşdırılan “iPhone”lar haqda yeni məlumatlar yayılıb.

Oxu.Az “Economic Daily News”a istinadən xəbər verir ki, “Apple” üçkameralı “Iphone” istehsal etməyə hazırlaşır.

Bildirilir ki, kamerada 12 meqapiksel linzalar olacaq. Üçkameralı “iPhone”lar 2019-cu ildə satışa çıxarılacaq.

Eyni zamanda, kameranın 6P dizaynı ilə beş dəfə yaxınlaşdırma (zoom) qabiliyyətinə sahib olacağı da gələn məlumatlar arasındadır. Ancaq “zoom”un optik, dijital, yoxsa hibrit kameraya malik olacağı barədə informasiya verilməyib.

Qeyd edək ki, hazırda mövcud olan “iPhone 8”də tək kamera ilə beş dəfə yaxınlaşdırmaq mümkündür, “iPhone 8 Plus” və “iPhone X”də isə iki dəfə optik yaxınlaşdırma və 10 dəfəyə qədər dijital yaxınlaşdırma var.

Əgər deyilənlər doğrudursa, “Apple”ın “Huawei”i kopyalaması kimi iddialar yenidən meydana çıxır.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri