19 
Apr
2018
12:19
167
56
11891
Virtual karabakh

Nərimanovda Qafqazın ən böyük elektronika mağazası açıldı - FOTO + VİDEO

19 Apr, 2018
12:19
11891

Nərimanovda Qafqazın ən böyük elektronika mağazası açıldı - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda üç mərtəbəli elektronika və məişət texnikası hipermarketi xidmətə başlayıb.

18 apreldə “Nərimanov” metrostansiyasının çıxışında yerləşən yeni elektronika və məişət texnikası hipermarketinin açılış mərasimi keçirilib.

“Baku Electronics”ə məxsus bu mağaza 2500 kvadrat metr sahəyə malikdir və təkcə Azərbaycanın deyil, Qafqazın ən böyük mağazası hesab edilə bilər. Mağaza üç mərtəbədən ibarətdir: birinci mərtəbə elektronika məhsullarına, üçüncü mərtəbə isə məişət texnikasına ayrılıb. Xüsusilə qadınlar üçün nəzərdə tutulan ikinci mərtəbədə İtaliya və digər ölkələrin tanınmış brendlərindən olan qab-qacaq, tekstil və dekor əşyalarının geniş çeşidi sərgilənir. 

Mağazanı açıq elan edən NAB şirkətlər qrupunun icraçı direktoru Can Öztürk çıxışında deyib:

“İnanırıq ki, “Nərimanov” mağazamız hamı üçün rahat və münasib alış-veriş məkanına çevriləcək. Belə bir satış mərkəzinin açılışı Azərbaycan iqtisadiyyatının inkişafına, güclü dövlətdə güclü şirkətlərin qurulmasına bir nümunədir”. 

Açılışda “Samsung”, “LG Electronics”, “Bosch-Siemens” şirkətlərinin nümayəndələri də çıxış edərək yeni mağazaya uğurlar arzu ediblər. 

Açılış mərasimi əyləncəli proqramla, həmçinin məşhur müğənni Miri Yusifin ifası ilə davam edib.

100-ə yaxın müxtəlif markanın təmsil olunduğu yeni mağaza geniş çeşidə malikdir. “Nərimanov” metrostansiyasının çıxışında, rahat və əlverişli yerdə yerləşir. Mağazanın tərkibində kiçik oyun zonası, tam funksional kiçik mətbəx ərazisi də var.  

Qeyd edək ki, “Baku Electronics” mağazası 24 ilə yaxındır fəaliyyət göstərir və Azərbaycanın ən böyük pərakəndə elektronika-məişət texnikası satış şəbəkələrindən biridir. NAB holdinqə daxil olan şirkətin Bakı və regionlarda ümumilikdə 14 satış nöqtəsi fəaliyyət göstərir.

Elvin Paşazadə
Elnur Uğur
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri