May
2018
18:40
44
109
7282
Virtual karabakh

“Instagram”dan möhtəşəm yeniliklər – FOTO

2 May, 2018
18:40
7282

“Instagram”dan möhtəşəm yeniliklər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram” sosial platforması yeniliklər etməkdə davam edir.

Oxu.Az xəbər verir ki, möhtəşəm yeniliklərə imza atmağa hazırlaşan Zukerberqin komandası izləyicilərin saatlarla burada vaxt keçirməsinə səbəb olacaq.

Yeniliklər, əsasən, “Instagram Story” ilə bağlıdır. Yeni bir görüntüdə olacaq “Story”lər qarşımıza təqvim şəklində çıxacaq. Beləliklə, paylaşdığımız hekayələrə cəm şəkildə nəzarət edib, bir növ gündəlik tutmuş olacağıq.

Digər yeni özəllik isə yenə “Story” ilə bağlıdır. Bu yenilik vasitəsilə hekayələrə sürətli şəkildə reaksiya vermək mümkün olacaq. Mətn şəkildə olan cavablardan başqa emojilərin də olduğu reaksiyalar aşağıdakı fotoda olduğu kimi görünəcək.

İzlədiyiniz, ancaq paylaşımları sizi narahat edən insanları izləmədən çıxarmadan ana səhifənizdən çıxara biləcəksiniz.

“Instagram Story” “Slow motion” yeniliyini də təqdim edəcək.

Digər yenilik isə “FaceTime” kimi görüntülü danışıqdır.

Hələlik dəqiqləşməsə də, kiçik bir qrup üzərində videogörüntü funksiyası aktiv edilib.

“Facebook”dakı dostları “Instagram”da “Tag” etmək funksiyası isə planlaşdırılan son yenilikdir. Bu funksiya bir az qeyri-adi görünsə də, hələlik necə inteqrasiya olunacağı barədə məlumat verilməyib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri