12 
İyl
2018
16:40
58
151
18513
Virtual karabakh

Yeni dizaynlı “İphone”lar satışa çıxacaq

12 İyl, 2018
16:40
18513

Yeni dizaynlı “İphone”lar satışa çıxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il payızda yeni “İphone”larını tanıdan “Apple” şirkəti bu il də ənənəsindən geri qalmayacaq.

Oxu.Az xəbər verir ki, sentyabr ayında təqdim olunacaq 2018 seriyasında üç yeni telefon yer alacaq.

Fərqli dizaynları ilə göz oxşamağa hazırlaşan telefonların ekranı 5,8 inçdən başlayacaq.

Belə ki, ilk telefon 5,8 inç OLED ekranlı “İphone X”dir. 6,5 inç OLED ekranlı “İphone X Plus” və 6,1 inç LCD ekran “İphone” isə fərqli rəngləri ilə alıcıları sevindirəcək.

“İphone X”lə, “İphone X Plus” qızılı, gümüşü və tünd boz rəngdə, LCD ekranlı “İphone” isə qırmızı, mavi, boz, ağ və narıncı rənglərdə satışa çıxacaq.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri