14 
Avq
2018
15:37
233
27
13856
Virtual karabakh

Sosial şəbəkələr öz auditoriyasını itirir

14 Avq, 2018
15:37
13856

Sosial şəbəkələr öz auditoriyasını itirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələr böhran yaşayır, populyar platformalar loyal auditoriyalarını itirirlər və əgər istifadəçilər “Facebook”u şəxsi məlumatların ötürülməsi ilə bağlı qalmaqala görə tərk edirlərsə, “Snapchat” proqram təminatı dizaynının dəyişməsinə görə tərk edilir.

Oxu.Az xəbər verir ki, bu ilin birinci rübü ilə müqayisədə, ikinci rübdə Avropada “Facebook” istifadəçilərinin sayı 3 milyon – 279 milyon nəfərədək azalıb.

Analitiklərin proqnozlarına görə, ilin sonunadək 25 yaşadək üç milyondan çox insan “Facebook”u tərk edəcək.

İyulda “Snapchat” – yoxa çıxan foto və videoməlumatların mübadiləsi servisi maliyyə hesabatını təqdim edərkən, şirkət tarixində ilk dəfə auditoriyanın azalması ilə qarşılaşdığı bəlli oldu.

Belə ki, ilin birinci rübündə “Snapchat” istifadəçilərinin sayı 191, ikinci rübdə isə 188 mln. nəfər təşkil edib. İnsanların “Snapchat”a marağının azalmasının əsas səbəbi kimi proqram təminatının yeni dizaynı göstərilir  

“Twitter” də istifadəçilərinin sayını azaldığını bildirib – birinci rübdə 336 milyon nəfər olan istifadəçi sayı ikinci rübdə 335 milyon nəfər təşkil edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri