Sen
2018
15:14
68
36
14550
Virtual karabakh

Kapitalı trilyon olan ən bahalı şirkətlər - TOP

6 Sen, 2018
15:14
14550

Kapitalı trilyon olan ən bahalı şirkətlər - TOP

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən bahalı şirkətlərinin siyahısı hazırlanıb. 

Oxu.Az xəbər verir ki, reytinq cədvəli şirkətlərin bazar kapitalının göstəriciləri üzərində hazırlanıb. 

1. Dünyanın ən bahalı şirkəti və siyahının lideri “Apple inc” olub. Həmçinin, şirkət bahalı brendlər siyahısında da birinci yerdədir. Bu gün şirkətin emblemini çox insan tanıyır. Şirkətin bazar qiyməti 1 trln. 104 mlrd. 507 mln. 477 min 680 dollar təşkil edir. 

2. Amazon – ABŞ-ın riteyl-şirkətidir, internet üzərindən müxtəlif malların satışı ilə məşğuldur. Hazırda şirkətinin 230 min əməkdaşı var. Bazar kapitalı 1 trln. 28 mln. 850 min dollardır. 

3. Dünyaca məşhur korporasiya olan “MicroSoft” 1975-ci ildə hazırda dünyanın ən varlı insanı olan Bill Qeyts tərəfindən yaradılıb. Həmin vaxt “MicroSoft” ev kompüterləri üçün proqram paketləri təklif edən ilk şirkət idi. Şirkətin bazar kapitalı 857 mlrd. 536 mln. 742 min 448 dollardır. 

4. Dünyaca məşhur internet şirkət olan və rəsmi adını “Alphabet”lə əvəz edən “Google” bir neçə şirkəti özündə birləşdirir. Şirkətin əsas ofisi Kaliforniyadadır. “Google”un “AdWords”, “Android”, “YouTube” kimi onlarla məşhur servisləri var. Bazar dəyəri 841 mlrd. 777 mln. 594 min 65 dollardır.

5. “Berkshire Hathaway Inc.” şirkəti öz dəyişməz sahibi, amerikalı investor və sahibkar Uorren Baffet ilə məşhurdur. Şirkətin baş qərargahı ABŞ-ın Nebraska ştatının Omaha şəhərindədir. 
Şirkətin bir səhminin qiyməti 315 225 dollar, bazar kapitalizmi 516 mrld. 426 mln. 975 min 344 dollardır. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri