10 
Sen
2018
17:52
26
58
7421
Virtual karabakh

“Azercell” inkubasiya proqramına müraciət müddətini uzatdı

10 Sen, 2018
17:52
7421

“Azercell” inkubasiya proqramına müraciət müddətini uzatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni dərs ilinin başlamasını və tələbələrin startap sahəsinə yüksək maraq göstərməsini nəzərə alaraq 3-cü inkubasiya  proqramına müraciət müddətini uzatmaq qərarına gəlib.

“Barama İnkubasiya Proqramı 2018”də iştirak edib, öz innovativ ideyalarını biznesə çevirmək, uğurlu karyera qurmaq  istəyənlər 30 sentyabra qədər  gate.barama.az linkinə daxil olaraq onlayn qaydada müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Onlayn qeydiyyatdan sonra startapların təqdim etdiyi layihələr Barama heyəti tərəfindən dəyərləndiriləcək və seçilmiş komandalar ikinci mərhələdə biznes planları ilə birgə layihələrini əyani şəkildə təqdim edəcəklər.

İkinci seçim mərhələsini də uğurla keçən komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər. 6 aylıq inkubasiya proqramının sonunda isə ən uğurlu startap 5000 AZN-ə qədər məbləğdə məhsul və ya xidmətin korporativ müştəri olaraq Azercell tərəfindən rəsmi qaydada alınması şansı və növbəti ilin May ayında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən nüfuzlu konfranslarından biri olan “The Next Web Conference”-da bütün xərclər qarşılanmaqla iştirak haqqı qazanacaq.

İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə Texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə Texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri sahələrinə üstünlük verilir. Barama mərkəzi və PAŞA Bank tərəfindən həyata keçirilən proqram, innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə çevrilməsinə şərait yaradır.

Layihə ölkədə  startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı verir. Tələblər və qaydalarla www.barama.az saytında ətraflı tanış ola bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz      

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri