26 
Sen
2018
15:38
27
212
19192
Virtual karabakh

Azərbaycanda yeni “iPhone”ların qiymətləri bəlli oldu

26 Sen, 2018
15:38
19192

Azərbaycanda yeni “iPhone”ların qiymətləri bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple” şirkətinin təqdim etdiyi yeni “iPhone” modelləri Azərbaycana gətirilib. 

Oxu.az-ın məlumatına görə, “iPhone Xs” və “iPhone Xs Max” smartfonlarının qiyməti barədə  “World Telecom” mağazalar şəbəkəsinin rəsmi saytında məlumat yerləşdirilib. 

“iPhone Xs”in qiyməti 2799 manatdan başlayır. 256 GB yaddaş tutumuna malik “iPhone Xs” modelinin qiyməti 3099, 256 GB yaddaş tutumuna malik “iPhone Xs Max”ın qiyməti isə 3599 AZN-dir. 

Digər telefon mağazalarından bildirdilər ki, onlar “iPhone”un yeni modellərini gətirməyiblər.

“iPhone” telefonlarının satışını həyata keçirən “Alma Store”dan Oxu.Az-a verilən məlumata görə, yeni telefonlar Azərbayacana bir-iki həftəyə gətiriləcək:

“Qiyməti gətirildikdən sonra açıqlanacaq”.

İlhamə Əbülfət 
​www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri