29 
Sen
2018
00:21
69
57
9244
Virtual karabakh

“Facebook”a haker hücumu: 50 milyon akkaunt təhlükədə

29 Sen, 2018
00:21
9244

“Facebook”a haker hücumu: 50 milyon akkaunt təhlükədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” sosial şəbəkəsinə kiber hücum olub.

Oxu.Az xəbər verir ki, hücum 50 milyondan çox istifadəçiyə problem yaradıb.

Sosial şəbəkənin təhlükəsizlik bölməsinin rəhbəri Qay Rozen bildirib ki, hakerlər “View As” funksiyası ilə bağlı kodda olan boşluqdan yararlanıblar.

Nəticədə hakerlər istifadəçilərə login və şifrəni hər dəfə daxil etmədən səhifəyə girmək imkanı verən  “Access tokens” markerlərini oğurlayıblar.

Bu üzdən sosial şəbəkənin rəhbərliyi 90 milyon səhifənin şifrələrini dəyişmək məcburiyyətində qalıb. Həmçinin müvəqqəti olaraq “View As” funksiyası deaktiv olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri