Okt
2018
15:16
53
193
18043
Virtual karabakh

“Azercell”də böyük dəyişikliklər gözlənilir

1 Okt, 2018
15:16
18043

“Azercell”də böyük dəyişikliklər gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin ən böyük mobil operatoru olan “Azercell”in səhmlərinin dövlət tərəfindən alınması xəbərindən sonra yaranan sükut bu yaxınlarda pozulacaq. 

Oxu.Az xəbər verir ki, şirkətlə bağlı böyük dəyişikliklər gözlənilir. 

Dəyişikliklərin sırasına şirkətin həm rebrendinq etməsi, həm də strateji hədəflərə yenidən baxması kimi mühüm məsələlər daxildir.

“Azercell”in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya Oxu.Az-ın suallarına cavab verərkən bildirib ki, bu ilin mart ayında “Telia” şirkəti “Azercell”dəki səhmlərini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzIn Telecom” MMC-yə satandan sonra sonuncu şirkətin tək və yeganə səhmdarlıq hüquqlarına malik olub.

“Buna görə də şirkət yeni təsisçilər tərəfindən müəyyən edilən strategiyaya uyğun olaraq fəaliyyətini quracaq”, - deyən “Azercell”in nümayəndəsi “Telia Sonera” ilə bütün əməkdaşlıq əlaqələrinin dayandırıldığını bildirib.

Rebrendinq ehtiyacına gəlincə, qanunlara və mövcud şərtlərə əsasən, səhmdarlıq hüquqlarının dəyişməsindən sönrakı 18 ay ərzində köhnə loqodan istifadə etmək olar. Bu vaxt bitəndən sonrakı müddətdə isə qadağandır:

“Hazırkı loqo köhnə təsisçilər tərəfindən, onların iştirakı ilə hazırlanıb”.

Brendin adının dəyişməsi real görünməsə də, hələlik sual altındadır:

“Onu zaman göstərər, hələlik bu barədə danışmaq tezdir”, - deyə şirkət nümayəndəsi qeyd edib.

Xatırladaq ki, bu il martın 5-də Skandinaviyanın “Telia” telekommunikasiya şirkəti “Azercell”dəki 51,3 faizlik payını 222 milyon avroya satdığını bəyan edib. 

 

İlhamə Abdullayeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri