Okt
2018
16:39
37
167
7186
Virtual karabakh

Yeni mağazadan smartfon alana “Azercell”dən 150 AZN hədiyyə

Ölkəmizdə innovativ müştəri xidmətləri modelini quran və həyata keçirməkdə davam edən, hər zaman abunəçilərinə daha rahat və keyfiyyətli xidmət təqdim etməyi hədəfləyən “Azercell Telekom” MMC Beyləqanda yeni eksklüziv mağazasının açılışını edib.

Oktyabrın 3-dən etibarən “Azercell” Sərdar İmrəliyev küç. 265 ünvanında yerləşən yeni konsepsiyalı mağazasını Beyləqan şəhərində yaşayan abunəçilərinin ixtiyarına verib. Mağazanın açılışı ilə əlaqədar “Azercell” bütün müştəriləri üçün yeni smartfon kampaniyasını da təqdim edir.

Belə ki, 03 oktyabr 2018-ci il tarixindən ilk yeddi gün ərzində Beyləqan Eksklüziv mağazasından yeni smartfon alan hər bir müştəri “Azercell” nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

Məlumat üçün bildirək ki, yeni mağaza abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şərait və ən müasir avadanlıqla təmin olunub. Mağazada abunəçilər peşəkar satış mütəxəssislərdən istədiyi məhsul haqda məlumat ala, onu sınaqdan keçirə bilərlər, gündəlik istifadələri üçün müxtəlif cihazlar (MiFi, USB modem və s.), aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Abunəçilər burada şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bir çox əməliyyatları da icra edə bilərlər.

Qeyd edək ki, “Azercell”in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30\42, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8) və Gəncədə (Heydər Əliyev prospekti, 149) abunəçilərin ixtiyarına verilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8%-ni əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin yeddi günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, bir nöqtədə üç xidmət göstərən “Azercell Ekspress” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri