Okt
2018
17:11
47
106
8785
Virtual karabakh

“Nar”ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı 40 faiz artıb

4 Okt, 2018
17:11
8785

“Nar”ın “Full” paketlərindən istifadə edən abunəçilərin sayı 40 faiz artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nar”ın təqdim etdiyi “Full” paketlərinin istifadəçilərinin sayı sürətlə artmaqdadır. Sərfəli qiymətə  ölkədaxili və şəbəkədaxili dəqiqələr, bol internet və çoxsaylı bonusların daxil olduğu “Full” paketlərindən istifadə edən abunəçilərin sayı son altı ay ərzində 40 faiz artıb. 

Abunəçilərin istək və tələblərini hər zaman nəzərə alan “Nar” altı müxtəlif  “Full” paketi təqdim edir. Qeyd edək bu təkliflər arasında abunəçilərin ən çox sifariş etdiyi paket - içərisində 300 ölkədaxili dəqiqə və 1.5 GB internet olan “Full 9” paketidir.

“Full” paketlərini sifariş edən “Nar” abunəçilərinə internet və dəqiqələri sərfəli qiymətə əldə etməklə yanaşı, ay ərzində topladıqları bonusları növbəti aylara keçirə bilmək imkanı verilir.

Bundan əlavə, Azərbaycan mobil rabitə bazarında ilk dəfə olaraq “Full” paketlərinin istifadəçiləri qalıq bonusların dəyişdirilməsi funksiyasından – “Exchange” xidmətindən yararlana bilirlər.

Belə ki, “Nar” abunəçiləri dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişə bilmək imkanına sahibdirlər. 

“Full” paketləri haqqında ətraflı məlumatı www.nar.az/full internet səhifəsindən öyrənmək olar. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. 

“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və iki milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri