Okt
2018
11:34
33
138
8156
Virtual karabakh

Azərbaycanda yeni “iPhone”ların rəsmi satışına başlanılır

9 Okt, 2018
11:34
8156

Azərbaycanda yeni “iPhone”ların rəsmi satışına başlanılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “iPhone Xs” və “iPhone Xs Max”ın rəsmi satışlarına oktyabrın 19-da start veriləcək. 

Yeni “iPhone” modellərini əldə etmək istəyənlər oktyabrın 12-dən başlayaraq öncədən sifarişi rəsmləşdirə bilərlər. Bu ilin ən çox gözlənilən yeni məhsulları “iPhone Xs” və “iPhone Xs Max”ın satışları isə oktyabrın 19-na, cümə gününə planlaşdırılır. 

Oktyabrın 12-dən başlayaraq, Azərbaycanda yeganə “Apple”ın yerli eksperti, rəsmi biznes tərəfdaşı və “Apple Premium Reselleri” olan “Alma Store”un satış nöqtələrində müştərilər yeni məhsullarla məsləhət ala, onlayn və ya satış nöqtələrindən öncədən sifariş edə bilərlər.

Oktyabrın 19-da isə biz yeni “iPhone” modellərinin satışına rəsmi start verəcəyik.

Bu, hələ son deyil, “Alma Store” satış nöqtələrində “iPhone Xs” və “iPhone Xs Max” modellərini üç gün ərzində ( oktyabrın 19, 20, 21-i) “BirKart”la 18 aya qədər faizsiz kreditlə əldə etmək mümkün olacaq.

Xatırladaq ki, “Alma Store” “Apple”ın Azərbaycandakı yerli və yeganə ekspertidir, buraya istənilən zaman yaxınlaşaraq, məhsullarla bağlı suallarınızı ünvanlaya və peşəkar səviyyədə məsləhət ala bilərsiniz. 

“Alma Store” “Mac” kompüterlərin, “iPhone” smartfonlarının, “iPad” planşetlərinin və “iPod” musiqi pleyerlərinin bütün çeşidini, bununla yanaşı, aksessuar və proqram təminatı seçimini təklif edir.

Daha ətraflı məlumatı www.almastore.az saytından və ya satış nöqtələrindən ala bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri