10 
Okt
2018
16:18
86
80
6209
Virtual karabakh

“Azercell Ekskluziv” indi Ağcabədidə - FOTO

10 Okt, 2018
16:18
6209

“Azercell Ekskluziv” indi Ağcabədidə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirkət müştəriləri üçün hədiyyə kampaniyasını təqdim edir

Müştəri məmnuniyyətinin daim yüksək səviyyədə olmasına önəm verən, Bakı ilə yanaşı, bölgələrdə də abunəçilərə yüksək standartlara uyğun xidmət göstərməyi hədəfləyən “Azercell Telekom” MMC Ağcabədidə yeni ekskluziv mağazasının açılışını edib.

Ü.Hacıbəyli prospekti 68 ünvanında abunəçilərə xidmət göstərəcək mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni konsepsiyaya uyğun təşkil olunub. 10 oktyabr - yeni mağazanın açılış günündə “Azercell” müştərilərinə özəl hədiyyə olaraq smartfon kampaniyasını da təqdim edir.

Belə ki, açılış günündən etibarən yeddi gün müddətində Ağcabədi “Azercell Eksklüziv” mağazasından yeni smartfon alan hər bir müştəri “Azercell” nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün “Azercell” ilin sonunadək bütün ölkə boyu yeni konsepsiyalı Ekslüziv mağazalarının sayını artırmağı planlaşdırır. Yeni mağazaların xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır.

Burada həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Bir sözlə mağazalara müraciət edən abunəçilərin rahatlığı və onlara operativ xidmət göstərilməsi üçün şirkət tərəfindən hər cür imkanlar yaradılıb.

Qeyd edək ki, “Azercell”in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30\42, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8), Gəncədə (Heydər Əliyev prospekti, 149) və Beyləqanda (Sərdar İmrəliyev küç. 265) abunəçilərin ixtiyarına verilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz 

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin yeddi günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, bir nöqtədə üç xidmət göstərən “Azercell Ekspress” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN İmza” və s.

2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri