10 
Okt
2018
17:13
45
140
4912
Virtual karabakh

“Bakcell”in baş icraçı direktoru Azərbaycan-Fransa Palatasına üzv seçilib

10 Okt, 2018
17:13
4912

“Bakcell”in baş icraçı direktoru Azərbaycan-Fransa Palatasına üzv seçilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCİAF) İdarə Heyətinə üzv seçilib.

Belə ki, CCİAF-nin oktyabrın 5-də keçirilən ümumi yığıncağında Nikolai Beckers Palatanın İdarə Heyətinin 9 üzvündən biri seçilib.

Biznes sahəsinin ən mühüm təşkilatları və tədbirlərində fəal şəkildə iştirak edən “Bakcell” şirkəti ölkənin biznes mühiti və iqtisadiyyatının inkişafına böyük töhfə verməkdə davam edir.

Belə təşkilatların biri də “Bakcell”in 2017-ci ildən bəri üzv olduğu Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasıdır. Şirkət CCİAF-nin bir neçə uğurlu layihəsinə, o cümlədən da Azərbaycanda ilk dəfə olaraq keçirilmiş “ActInSpace 2018 Azerbaijan” beynəlxalq innovasiya müsabiqəsinə dəstək göstərib.

“Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçildiyim üçün qürur duyuram. Göstərdikləri etimada görə İdarə Heyətinin digər üzvlərinə öz təşəkkürümü bildirirəm. İnanıram ki, biznesin inkişaf etdirilməsi və iş əlaqələrinin yaradılması sahəsində beynəlxalq təcrübəm palatanın fəaliyyətinə töhfə verəcək”, - deyə Nikolai Beckers bildirib.

Qeyd edək ki, Nikolai Beckers “Bakcell” şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan qabaq o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

***

”Bakcell” haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri