Noy
2018
18:20
30
320
23061
Virtual karabakh

Mobil telefonlar: rüsum qalxıb, qiymət isə əvvəlki kimidir?

5 Noy, 2018
18:20
23061

Mobil telefonlar: rüsum qalxıb, qiymət isə əvvəlki kimidir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin avqustun əvvəlində Azərbaycana xaricdən gətirilən mobil telefonların qeydiyyatı ilə bağlı yeni dövlət rüsumları tətbiq edilib. 

Oxu.Az xəbər verir ki, gözlənilənlərin əksinə olaraq, smartfonların qiyməti əvvəlki səviyyədə qalıb, bəziləri isə bir neçə faiz ucuzlaşıb. 

Bu, nə ilə bağlıdır?

Bu suala mobil telefon satışı ilə məşğul olan tanınmış şəbəkələrdən birinin marketinq bölməsinin əməkdaşı Ziya Səfərbəyov cavab verib:

“Rüsumların artırılması elektronika satışı bazarında aparıcı şirkətlərinin qeydiyyatına təsir etməyib. Problemlər telefonları ölkəyə qeydiyyatsız gətirən kiçik obyekt sahiblərində və ya onu şəxsi istifadəsi üçün xaricdən sifariş edən müştərilərdə yaranıb.

İş burasındadır ki, bizim şirkət və digər nəhəng firmalar hər zaman sifarişi rəsmi formada edir, buna görə də bizdə heç nə dəyişməyib. 

Misal üçün, əgər əvvəllər insanlar Dubaya gedə, 100 və ya 1000 manatlıq telefon gətirərək, onu beş manata qeydiyyata sala bilirdilərsə, indi onlar qeydiyyatı yeni dövlət rüsumları ilə (qurğunun qiymətindən asılı olaraq 20 manatdan 150 manatdək – red.) etməlidirlər. Biz isə, öz növbəmizdə, əvvəllər də telefonları bu tariflə qeydiyyatdan keçirirdik. 

Alıcılar nəhəng və kiçik mağazalarda eyni smartfonun qiymətinin fərqli olduğunu görə bilərdilər. İş burasındadır ki, qanunda tariflər dəyişməyənədək kiçik mağazalarda qeydiyyat rəsmi formada aparılmırdı, yalnız sim-kart qeydiyyatdan keçirilirdi. 30-40 manatlıq fərq alıcılara cəlbedici görünə bilərdi, ancaq onlar bilmirdilər ki, alınan mal qeydiyyata alınmamış hesab edilir”.  

M.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri