29 
Noy
2018
10:00
57
27
4032
Virtual karabakh

Anti-Tangle turbinli “Samsung” tozsoranları – daha tez təmizlik

29 Noy, 2018
10:00
4032

Anti-Tangle turbinli “Samsung” tozsoranları – daha tez təmizlik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir sıra məişət əşyalarının, nisbətən yeni dövrdə icad olunmasına baxmayaraq, tozsoranlar həyatımızın əvəzedilməz bir hissəsinə çevrilməyə müvəffəq olub. Beləliklə, ən vacib köməkçilərimiz siyahısına nəzər salsaq, tozsoran, sözsüz ki, birincilər sırasında olacaq. Çünki yeni mənzilə köçərkən ilk növbədə əldə edilən əşyalardan biri məhz tozsorandır. Bu məişət texnikası haqqında düşündükdə ağlımıza ilk gələn məqamlar: istifadə rahatlığı və sovurma gücüdür.  

Belə ki, Anti-Tangle turbinli “Samsung” tozsoranları müntəzəm sovurma gücünü və istismar rahatlığını təmin edir. Yüksək güc və saç topalarının filtr üzərinə dolaşmasının qarşısını alan Anti-Tangle turbini ilə təchiz olunmasını bu tozsoranların üstün cəhətlərinə aid etmək olar.

Sovurma gücünün azalması ilə müşahidə olunan təmizlik keyfiyyətinin aşağı düşməsini tozsoranla bağlı geniş yayılmış problemlərdən biri kimi qeyd etmək olar. Anti-Tangle  turbini sayəsində sovurma gücü uzun müddət yüksək və dəyişməz olaraq qalır.

Dəqiqədə 20 min dövrə sürəti ilə fırlanan turbin əlavə geri itələmə gücü yaradaraq hava axınını toz və tullantılardan təmizləyir. Sadə dillə deyək, adi tozsoranlarda fırlanan ventilyator havanı və tozu özünə çəkərək zibil konteynerinə toplayır, xüsusi barmaqlıqlar isə tullantı və tükü üzərində saxlayardısa, yeni sistem hava burulğanı yaradaraq, toz və çirk hissəciklərini, geri itələyib, zibil konteynerində toplayır.

Dövri hava axını üzərində qurulmuş iş prinsipi sayəsində daha konteyneri dəfələrlə boşaltmağa və ya ventilyatoru ilişmiş saç topalarından təmizləməyə ehtiyac qalmır. Beləliklə, sovurma gücü təmizliyin hər anında dəyişməz qalır: əvvəldən axıra kimi. 

Anti-Tangle turbinli “Samsung” tozsoranlarında mərkəzdənqaçma qüvvəsinin sayəsində tullantıların konteynerin dibində toplandığından, onu əl ilə təmizləyə ehtiyac qalmır. Sadəcə, konteyneri çıxarın, qapağını açın və zibil qutusuna əliniz dəymədən boşaldın. Bu, çox asan, gigiyenik və rahatdır!

Anti-Tangle turbinli “Samsung” tozsoranları ilə həyatınız daha asan olacaq, təmizliyiniz isə daha effektiv və tez başa gələcək! 

Anti-Tangle turbinli “Samsung” tozsoranları haqqında əlavə məlumatı “Baku Electronics”, “Kontakt Home”, “Maxi.az” və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri