Dek
2018
15:48
69
50
9247
Virtual karabakh

Nikolai Beckers: Azərbaycan vətəndaşları daha çox danışırlar

4 Dek, 2018
15:48
9247

Nikolai Beckers: Azərbaycan vətəndaşları daha çox danışırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada mobil operatorların gəlirlərinin formalaşmasında internet xidmətinin payı artır. Bunu nəzərə alan mobil telefon istehsalçıları da internet xidmətlərini daha çox dəstəkləyən proqram həllərinə malik məhsul buraxmağa çalışırlar. 

Oxu.Az-ın sualına cavab olaraq “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib ki, hazırda şirkətin göstərdiyi xidmət portfelində 60 faiz səs xidmətləri, 40 faizini internet əhatə edir.

Qlobal bazarda isə bu tendensiya dəyişir və data xdimətlərindən istifadə səs xidmətlərini üstələyir.

“Azərbaycanda hələ də səs xidmətləri öz populyarlığını qoruyub saxlayır. Ancaq mobil telekommunikasiya bazarının getdiyi istiqamət onu göstərir ki, getdikcə mobil internet xidmətlərindən daha çox istifadə ediləcək və bu səs xidmətlərini üstələyəcək”. 

Nikolai Beckers 2019-cu ildə Azərbaycanda 80 milyon manat civarında investisiya yatırmağı planlaşdırdıqlarını qeyd edib. Onun sözlərinə görə, gələn ilin sonuna “Bakcell” Azərbaycan əhalisinin 95 faizini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırıb. 

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri