Dek
2018
16:25
29
93
6980
Virtual karabakh

“Azercell” əşyaların interneti ilə rabitənin yeni sərhədlərini açır

4 Dek, 2018
16:25
6980

“Azercell” əşyaların interneti ilə rabitənin yeni sərhədlərini açır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın aparıcı mobil operatoru “Bakutel-2018” sərgisində geniş avtomatlaşdırılmış həllər və telekommunikasiya sahəsində ən son trendləri nümayiş etdirəcək.

“Əşyaların İnterneti” (İOT) texnologiyaları müxtəlif cihazlar arasında məlumat paylaşımının yeni səviyyəsi kimi şəbəkələr vasitəsilə kommunikasiya üçün geniş imkanlar açaraq daha sıx əlaqəli dünya qurmağa kömək edir.

İOT unikal identifikatorlarla təchiz olunmuş və insan-insan və ya insan-kompüter əlaqəsi tələb olunmadan məlumatı şəbəkə vasitəsilə ötürmək qabiliyyətinə malik bir-biri ilə qarşılıqlı əlaqəli hesablama cihazları, mexaniki və rəqəmsal maşınlar sistemidir.

Azərbaycanın ən müasir mobil kommunikasiya xidmətləri təchizatçısı olan “Azercell Telekom” özünün insanları yüksək texnologiyalar vasitəsilə birləşdirmək məqsədinə sadiq qalaraq 24-cü “BakuTel” sərgisində müxtəlif yüksək texnoloji həllər nümayiş etdirəcək. Bu dəfə də “Azercell” 4-7 dekabr 2018-ci il tarixlərində keçiriləcək sərginin əsas iştirakçılarından biri olmaqla bərabər, bu əhəmiyyətli texnoloji tədbirin əsas sponsoru kimi çıxış edir. 

Lider mobil operator öz stendində biznes, pərakəndə müştərilər və texnoloji innovasiyaların izləyiciləri üçün geniş çeşiddə məhsul və həllər təqdim edəcək:

Avtomatlaşdırılmış Həllər

YuMi” (“You and Me”, “Sən və Mən”) – universal robot-həmkar bu il “Azercell” stendində qonaqları salamlayacaq. Müştərək fəaliyyətə hazır, iki qollu, kiçik hissələrdən ibarət və hərəkətli əllər, kamera ilə hissənin yerini müəyyən etmə və ən müasir nəzarət funksiyası ilə təchiz olunmuş robot insanlar ilə çiyin-çiyinə eyni iş üzərində çalışa bilir. İnnovativ, insan üçün rahat və inqilabi funksionallıqla fərqlənən robot sənayedə geniş qlobal avtomatika potensialını üzə çıxarmaq məqsədilə hazırlanmışdır. 

“MyKi Touch”, “MyKi Pet” və “MyKi Auto” kimi müxtəlif kiçik təhlükəsizlik cihazları vahid bir tətbiq (app) vasitəsilə müxtəlif məlumatları izləməyə imkan verir: 

Smart aqrar xidməti

Smart aqrar xidmətləri, SIM-kartı olan xüsusi IoT (Əşyaların İnterneti) cihazından istifadə etməklə hava və torpağın xüsusiyyətlərini ölçmək üçün sahə sensorlarının quraşdırılması yolu ilə məhsuldarlığı artırmaq üçün nəzərdə tutulmuşdur. Fermerlər bu texnologiyanın köməyi ilə havanın temperaturu və havadakı rütubətlilik barədə real vaxt rejimində məlumatlar, eləcə də, torpağın parametrlərini və suvarma ilə bağlı tövsiyələr əldə edə bilərlər.

MyKi Touch” uşaqlara nəzarət üzrə yeni nəsil izləmə funksiyasıdır və valideynlərə övladları ilə əlaqə qurmaq və onların yeri barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir.

Uşağın yerini dəqiq müəyyən edən GPS modulu, SOS düyməsi, öncədən təyin olunmuş təhlükəsiz zonalar və digər funksiyalarla MyKi Touch sizin övladlarınızın təhlükəsizliyini təmin etmək üçün ən yaxşı vasitədir. İnteqrasiya edilmiş "taçsensorun" sayəsində valideynlər həmin anda uşaqların saatı taxıb-taxmadığından xəbərdar olurlar. 

MyKi Pet” adlı ağıllı cihaz ilə sahibləri artıq ev heyvanlarının harada olduqlarından dolayı narahatlıq keçirməyəcəklər. Bu cihaz onlara heyvanların yeri barədə məlumat verir, xüsusi təhlükəsizlik zonalarını təyin etməyə və hətta heyvanlara məsafədən göstəriş verməyə imkan yaradır. 

MyKi Auto” heç bir naqil olmadan, sadəcə istənilən nəqliyyat vasitəsinə bir maqnitin yerləşdirilməsilə avtomobil və karqo üçün tam təhlükəsizlik təmin edir: avtomobilin yeri barədə məlumat verir, enerjiyə qənaət rejimi olan batareyası, ani məlumatlandırma ilə oğurluq hallarının qarşısının alınması funksiyası, səyahət barədə məlumat və digər xüsusiyyətlərlə təchiz olunub. Qeyd etmək yerinə düşər ki, “MyKiAuto” enerji təchizatı tələb etmir və tam avtonom rejimdə çalışır. 

Azercell Smart Home” (“Ağıllı Ev”) adlı yeni innovativ xidmət sizin evinizi daha funksional, daha rahat və təhlükəsiz edəcək. Bu xidmət sizə istənilən yerdən bir tətbiqetmə vasitəsilə işıqlandırma, cərəyana qoşulma, temperatur və otaqdakı hərəkətlərə tam nəzarət imkanı verir.

Gündəlik həyatınızı asanlaşdırın

Sizin eviniz sizin şəxsi, daha çox zövq almaq və özünüzü rahat hiss etmək istədiyiniz məkandır. Artıq evinizi sizin istəklərinizi anlayan bir məkana çevirə bilərsiniz. “Azercell Smart Home” ilə siz asanlıqla və cəld şəkildə işığın intensivliyini, otağın temperaturunu və evinizdəki kiçik cihazların funksiyalarını öz istəklərinizə uyğun idarə edə və beləliklə, rahatlıqdan zövq ala bilərsiniz. 

Təhlükəsiz evdə yaşayın

Sizin eviniz elə bir məkandır ki, orada siz özünüzü dünyanın istənilən yerindən daha təhlükəsiz hiss etmək istəyirsiniz. Evə kameralar, sensorlar də digər xırda aksessuarlar yerləşdirin və evinizdəki hərəkətlər barədə anında məlumat alın. Artıq siz öz evinizi davamlı şəkildə izləyə, tam nəzarət edə və xoşagəlməz hallardan uzaq ola bilərsiniz. Bunun sayəsində özünüz və sevdikləriniz üçün daha təhlükəsiz şərait yarada bilərsiz.

Evinizdə ideal şəraitdən zövq alın 

Sizin eviniz tam nəzarətinizdə olan bir məkan olmalıdır. Artıq ağıllı cihazların köməyilə siz evinizdə sərf olunan enerjiyə məsafədən nəzarət edə və onu düzgün şəkildə idarə edə bilərsiniz. Siz real ehtiyaclarınıza uyğun enerji sərf edəcək və bununla də ona qənaət edəcəksiniz. 

Azercell Ağıllı Ev” həlli birbaşa mobil telefondan ev cihazlarına nəzarət etmək, hərəkət və tüstü detektorları vasitəsilə öz evinizdə baş verənlər barədə anında məlumat almaq, evdə olmadan məsafədən evin temperaturunu idarə etmək istəyən hər kəs üçün ideal seçimdir. 

Beləliklə, siz evə gələrkən və yaxud evi tərk edərkən orada hansı proseslərin avtomatik  baş verməsi barədə qaydalar və ssenariləri özünüz müəyyən edə bilərsiniz. 

Azercell Eksklüziv

“Azercell” stendinin pərakəndə satış bölməsi ən son innovasiyaları sınaqdan keçirmək üçün ən uyğun yerdir. Bu guşədə həmçinin, “Azercell Plus” xidmətləri çərçivəsində “Zvooq”, “Bookmate”, “Bookmate Audio” tətbiqetmələri də nümayiş olunacaq. 

Mysim.az məlumat bazasına birləşmiş xüsusi monitor abunəçilərə arzu etdikləri nömrə kombinasiyasını yığaraq dərhal BakuTel sərgisində arzuladıqları nömrəni tapmaq və onu istənilən “Azercell Eksklüziv” mağazasında əldə etmək üçün qeydiyyatdan keçmək imkanı verir.

Bu axtarış sistemi bir saniyədə istənilən “Azercell” nömrəsini müəyyən etmək və satış nöqtəsinə uyğun olaraq onun yerini göstərmək imkanına malikdir.  

Korporativ seqment

“Azercell”-in korporativ müştəriləri də yeni təkliflərdən məmnun qalacaq. Məsələn, “Şirkətim” paketi yeni qoşulmuş korporativ seqment müştərilərinə aylıq 1000 ölkədaxili danışıq dəqiqələri və 3GB mobil internet təqdim edir. 

Korporativ bölmədə, həmçinin, şirkətlər üçün internetdən geniş istifadə imkanı verən rominq təklifi təqdim ediləcək. Yeni rominq internet paketi korporativ müştərilərə cəmi 16 AZN ödəməklə 1GB internetdən yararlanmaq imkanı verir.

“Azercell” tədbir boyu zamanı, həmçinin, Virtual ATS innovativ biznes həllini təqdim edəcək. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı “qaynar xətt”in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarla bizneslərə eksklüziv imkanlar verir. 

Sahibkarlığa dəstək 

“Azercell” innovativ layihələrin inkubasiyasının əsas yaradıcısı kimi Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi üçün sərgi zamanı xüsusi bölmə ayıracaq. Barama tərəfindən dəstəklənən startaplar burada informasiya texnologiyalarına əsaslanan müxtəlif biznes həllər nümayiş etdirəcək. 

Vebsaytların hazırlanması üzrə “Owbike” layihəsi html səhifələrinin yaradılması üçün sizdən heç bir texniki bilik tələb etmir. Xüsusi proqram sizə mürəkkəb veb səhifələri qısa zamanda yaratmaq imkanı verəcək.  

Green Baku” kiçik startapı ölkədə ilk dəfə təkrar istifadə olunan materiallardan ekoloji cəhətdən təmiz dəftərxana məhsulları hazırlamağa nail olmuşdur.  

Daha çox startap layihələri, o cümlədən təhsil mərkəzlərində test yoxlaması aparmaq üçün “Appoll” platforması, “Happy Moments” portalı, “Dataforest” axtarış sistemi, “Wexplain” onlayn biznes platforması bu ilki BakuTel sərgisində texnoloji trend izləyicilərinin diqqətinə çatdırılacaq. 

Texnologiya ilə Əyləncə 

Yüksək texnologiyalar “Azercell”-in bütün stendində, o cümlədən Şirkətin ənənəvi əyləncə guşəsində özünü göstərəcək. “Azercell” bir neçə gün ərzində bütün qonaqları texnologiyaya əsaslanan müsabiqələrdə iştirak etməyə və mobil operatordan xüsusi hədiyyə qazanmağa dəvət edir. 

Bu ilki telekommunikasiya sərgisi çox hərarətli olacaq, ən yüksək dərəcə isə “Azercell”-in guşəsində müşahidə ediləcək!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom MMC” 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri