Dek
2018
16:04
9
48
3123
Virtual karabakh

“Bakcell” kiçik və orta biznesin “Bakutel 2018” sərgisində iştirakını dəstəkləyir

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti bu günlərdə keçirilən “Bakutel-2018” sərgisindəki stendində innovasiya və texnologiyaları nümayiş etdirməklə yanaşı, startapları, kiçik və orta biznesi təmsil edən şirkətlərin tədbirdə iştirakını təşkil edib. 

“KOB Dəstək” proqramı çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə təşkil olunmuş stenddə “Bakcell”in dəstək göstərdiyi “hesab.az”, “iticket”, “e-mobile” və bir neçə digər şirkətin göstərdiyi xidmətlər nümayiş olunub.

Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan “Hesab.az” “Bakcell”in uzunmüddətli biznes tərədaşlarından biridir. Öz sahələrində ən innovativ xidmətlərlə seçilən “iticket” və “e-mobile” isə “Bakcell”ə marketinq və reklam xidmətləri göstərən şirkətlərdir. 

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan “Bakcell” müxtəlif sosial yönümlü və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verir. Gələcəkdə bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlığın genişləndiirlməsi nəzərdə tutulur. 

Bakcell haqqında 

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri