Dek
2018
14:00
12
104
6998
Virtual karabakh

Respublika Müalicəvi Diaqnostika Mərkəzi: pasiyentlər nə üçün bu klinikaya inanır?

7 Dek, 2018
14:00
6998

Respublika Müalicəvi Diaqnostika Mərkəzi: pasiyentlər nə üçün bu klinikaya inanır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Akkreditasiya hər hansı bir proqramın və yaxud müəssisənin təyin olunmuş keyfiyyət standartlarına cavab vermək və xüsusiləşdirilmiş bir prosesi standartlara uyğun yerinə yetirmək qabiliyyətində olmaq deməkdir. Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) ABŞ-ın JCI (Joint Commission International) standartları ilə tibbi xidmət göstərir. 

JCI bütün dünyada səhiyyə mərkəzlərinin akkreditasiyasını icra edən ən nüfuzlu və etibarlı təşkilat kimi qəbul olunur. Dünyada keyfiyyətli tibbi xidmət və pasiyent təhlükəsizliyi üzrə tanınan bir nailiyyətdir. Akkreditasiya prosesi bir yoxlama ilə bitmir, qızıl nişan 3 il müddətinə verilir və yeni nişan qazanmaq üçün yenidən akkreditasiya prosesindən keçmək lazımdır. Yəni bu proses daimi olaraq keyfiyyətin yaxşılaşdırılması və təhlükəsizliyin təmini və artırılması ilə bağlıdır.

JCI 1990-cı ildə yaradılıb və bu vaxta qədər dünyanın 69 ölkəsində 900-dən artıq xəstəxana JCI akkreditasiyasından keçib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə birgə dünyanın qabaqcıl ölkələrinin bir çox aparıcı xəstəxanaları JCI akkreditasiyası qazanan xəstəxanalar siyahısındadır. Məsələn, İsraildə 32, Almaniyada 2, Türkiyədə 44 xəstəxana JCI qızıl nişanını qazanmışdır.

Xəstəxana JCI qızıl nişanını əldə edibsə, bu, o deməkdir ki, xəstəxana:

• Üzərinə yüksək keyfiyyətli tibbi xidmət göstərmək öhdəliyi götürür;

• Pasiyentlər, ziyarətçilər və işçilər üçün təhlükəsizlik mədəniyyəti mühiti yaradır;

• Qabaqcıl və sübutlara əsaslanan müalicə və qulluq göstərir.

JCI akkreditasiyasının əsas məqsədləri pasiyentin təhlükəsizliyini (o cümlədən cərrahi təhlükəsizlik, xəstəxanadaxili infeksiyaların azaldılması, yanğından mühafizə, sterilliyin yüksək səviyyədə qorunması) və ona tibbi qulluğun keyfiyyətini yüksək səviyyədə saxlamaq və daimi olaraq daha da yaxşılaşdırmağa çalışmaqdır.

RMDM-də, akkreditasiya olunmuş xəstəxana kimi, müalicə almaq pasiyent təhlükəsizliyi, kliniki müalicə və qulluq və ümumi olaraq pasiyentə dəstək meyarlarına ciddi riayət olunması deməkdir.

Respublika Müalicəvi Diaqnostika Mərkəzi JCI akkreditasiyasından keçərək və Qızıl nişan qazanaraq müalicə və qulluqda yüksək keyfiyyəti təmin etmək üçün kliniki praktikada bir çox yeniliklər tətbiq etməyə başlamışdır. 

Bunlardan cərrahi təhlükəsizliyin əsas təminatçısı kimi taym-aut və sayn-aut prosedurları, SBAR sistemi ilə xəstənin müxtəlif şöbələr arasında, həmçinin əməliyyatxana və reanimasiya, təhvil-təslim edilməsi, pasiyentin vəziyyətinin qiymətləndirilməsi üçün Erkən Xəbərdarlıq Şkalasının istifadə edilməsini göstərmək olar. 

Həmçinin RMDM-də xəstə təhlükəsizliyini təmin etmək üçün erkən xilasetmə vasitəsi kimi “Kod göy” proseduru tətbiq edilir. Buna görə xəstəxananın bütün kliniki və qeyri-kliniki personalı BLS (təməl həyat dəstəyi) təlimlərindən keçmişdir. Yanğın təhlükəsizliyi də xəstəxananın çox böyük önəm verdiyi sahələrdən biridir. Mütəmadi olaraq, RMDM işçilərinə yanğından mühafizə, odsöndürən balonlardan istifadə, yanğın zamanı xəstələrin təxliyyəsi üzrə təlimlər aparılır. 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin əsas məqsədi – sağlam cəmiyyət təminatçısı olmaqdır. JCI Qızıl nişanı ilə biz bu məqsədimizə doğru daha inamla irəliləyirik!

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri