13 
Dek
2018
10:00
47
19
15987
Virtual karabakh

“Samsung AddWash” – qənaətli təmizlik

13 Dek, 2018
10:00
15987

“Samsung AddWash” – qənaətli təmizlik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paltaryuyan maşın seçərkən onun ölçüsü, enerji sərfiyyat sinifi, xüsusi proqram və funksiyalarının olması kimi məqamlara diqqət edirik. “Samsung AddWash” paltaryuyan maşınları ilə seçim azadlığı əldə edərək, istəklərimizə uyğun modeli asanlıqla tapa bilirik.

“AddWash”un əsas fərqləndirici cəhəti onun əlavə “qapısıdır”. Bu innovativ həll yumanın istənilən hissəsində pauza düyməsini basaraq, unudulan geyimi əlavə etmək imkanı yaradır. Həmçinin, yaxalama rejimində əl ilə yuduğunuz paltarları və kondisioneri əlavə edə bilərsiniz.

Mətbəxinizin böyük və ya kiçik olmasından asılı olmayaraq, modellərin fərqli qabaritləri sayəsində evinizin hər bir santimetrini səmərəli dəyərləndirə bilərsiniz. Əlavə qapının köməyi ilə isə paltaryuyan maşınınızı havalandırmaq üçün daha əsas lyukdan istifadə etməniz tələb olunmayacaq.

İnverter mühərriki ilə təchiz olunmuş “AddWash” seriyası, yuma effektivliyini artıraraq, enerji sərfiyyatını azaldır. İnverter mühərriki daha az sərfiyyatda vibrasiya və səs kimi göstəricilərin azalmasına gətirib çıxaran imkanlar təqdim edir. Sözügedən texnologiya, elektrik enerjisinə qənaət etməyə kömək edərək, minimal elektrik enerjisi sərf edib maksimal işləmə gücü nümayiş etdirir.

“AddWash” paltaryuyan maşınları “EcoBubble” texnologiyası sayəsində paltarları sadəcə yumur, tərtəmiz edir. “EcoBubble” generatoru yuyucu vasitəni aktiv köpüyə çevirir. Bu köpük isə istənilən yuyucu məhlulun parça liflərinə daha yaxşı daxil olduğundan, ləkələri tez təmizləyir.

Beləliklə, “Samsung AddWash” paltaryuyan maşınları sakit, etibarlı və qənaətcil olaraq, hətta soyuq suda belə ləkələri qüsursuz təmizləyirlər. 

“Samsung AddWash” paltaryuyan maşınları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri