15 
Dek
2018
10:00
78
33
4210
Virtual karabakh

“Samsung” məişət texnikası ilə yaşamaq gözəldir

15 Dek, 2018
10:00
4210

“Samsung” məişət texnikası ilə yaşamaq gözəldir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni evə köçdükdə, ilk növbədə yerbəyer edilən məhz mətbəx olur. Yəqin, bir çoxunuz razılaşar ki, böyük yemək masası olmasa da, soyuducunun olması şərtdir. Heç bir  müasir qadın isə, öz həyatını paltaryuyan maşınsız təsəvvür belə edə bilmir. Bu səbəbdən də bu gün sizi Super Samsung ailəsinin vacib qaydaları ilə tanış edəcəyik.

Beləliklə, birinci qayda: ideal təmizlik çox zaman və güc tələb etmir. Təmizlik zamanı vaxtınızı ən çox nəyə sərf etdiyinizi düşünün. Sözsüz ki,  bu tozsoran konteynerinin boşaldılmasıdır. İndi Samsung Anti-Tangle tozsoranları ilə təmizlik təmamən dəyişir. Xüsusi turbin texnologiyası hava burulğanı yaradaraq, toz və çirki, filtr üzərindən konteynerin dibinə üfürür. Filtr tıxanmadığından, sovurma gücü də bütün təmizlik boyu dəyişməz olaraq qalır. Sözügedən konteynerin təmizlənməsi də çox asandır, belə ki, tullantılara əl vurmadan sadəcə konteynerı çıxarıb, zıbil yeşiyinə boşaltmanız kifayətdir.

İkinci qayda: sağlam qida dəqiqələr içində hazır ola bilir. Bu qaydanın əsas məqamı ondan ibarətdir ki, sağlam qida – dadlı yeməklər deməkdir. Könlünüzdən qızardılmış toyuq qanadları keçir? Samsung mikrodalğalı sobalarının köməyi ilə, bir damla yağ istifadə etmədən, xırtıltılı toyuq qanadlarından həzz ala bilərsiniz. Üçölçülü  mikrodalğa paylanma sistemi -  TDS (TripleDistributionSystem)  sayəsində soba bərabər şəkildə isidilir və yeməklər tez bişərək, daxilində olan vitaminləri qoruyub saxlayır.

Qayda, nömrə üç: sevdiyiniz məhsulların xarab olması haqqında fikirləşmədən, onlardan uzun müddət zövq ala bilərsiniz. Twin Cooling texnologiyası ilə təchiz olunmuş Samsung soyuducuları, məhsulların “düzgün” saxlanmasını təmin edir. Bu sistemdə iki hava axını, həm dondurucu, həm də əsas kameranı ayrı-ayrılıqda soyudur. Həmçinin, Twin Cooling ilə siz saxlama “azadlığı” əldə edirsiniz. Belə ki, burada dondurucu kameranı bir toxunuşla əsas kameraya çevirmək mümkündür. 

Və nəhayət sonuncu qayda: yuyulma zamanı geyimlər yadınızdan çıxdığı hallarda belə, bir yuyulmada bütün paltarları təmiz etmək çox asandır.  Samsung Add Wash sizə unudulmuş paltarları ümumi yuyulmaya əlavə etmək üçün imkan yaradır.Xüsusi qapının köməyi ilə, sadəcə prosesi pauzaya qoyaraq, geyimlərinizi əlavə edə bilərsiniz. Eco Bubble texnologiyası sayəsində isə, siz paltarlarınızın hətta prosesin ortasında belə əlavə olunduqları halda, təmiz yuyulacaqlarına əmin ola bilərsiniz. Köpüyün sudan daha tez hopmasını əsas götürərək, bu texnologiya yuyucu vasitəni aktiv köpüyə çevirir və istənilən ləkəni təmizləyir.

Samsung məişət texnikası, hər bir ailənin ən yaxşı köməkçisidir, çünki, Super ailə - Samsung ailəsidir!

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri