19 
Dek
2018
07:33
12
111
23965
Virtual karabakh

“Google Play”də yeni virus yayılıb

19 Dek, 2018
07:33
23965

“Google Play”də yeni virus yayılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android əməliyyat sistemi ilə işləyən qacetlərin işinə müdaxilə edən yeni virus aşkarlayıb.

Oxu.Az “Daily Mirror”a istinadən xəbər verir ki, yeni virus “Andr/Clickr-AD” adını daşıyır.

Google Play onlayn tətbiq mağazasında artıq bu virusa yoluxmuş proqramlara rast gəlmək mümkündür.

“Daily Mirror”un yazdığına görə virus telefon və ya qacet istifadəçisinin razılığı olmadan müxtəlif reklamlara keçidləri işə salır.

Artıq “Google Play”də olan 20 proqramın bu virusa yoluxduğu dəqiq məlumdur. Maraqlıdır ki, yoluxmuş proqramları təxmini hesablamalara görə, iki milyona yaxın istifadəçi endirib. Sonradan bu proqramlar onlayn mağazadan kənarlaşdırılıb.

Mütəxəssislər  Android smartfon və tabletləri olan istifadəçilərə mobil cihazlarını “zavod kökləmələrinə” qaytarmağı və anti-virus proqramı quraşdırmağı tövsiyə edib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri