19 
Dek
2018
17:24
32
90
12798
Virtual karabakh

Bakının mərkəzində “Bakcell” konsept mağazası açıldı - FOTO/VİDEO

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti Bakı mərkəzində, Fəvvarələr meydanında tam yeni üslubda olan konsept mağazasını istifadəyə verib. 

İnnovativ konsepsiya əsasında dizayn olunmuş bu mağaza özündə nömrə və cihaz satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirir. 

“Bakcell” özünün üstün xidmətləri və ən sürətli mobil şəbəkəsi ilə çox əlverişli qiymətə yüksək keyfiyyət təklif edir. Biz çalışırıq ki, “Bakcell”in innovativ məhsul və xidmətlərini həm Bakı ərazisində, həm də Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərimiz üçün daha əlçatan edək. Bu il biz ölkənin müxtəlif regionlarında yeni satış və müştəri xidmətləri mərkəzlərinin açılışını etdik.

Bu gün isə Bakının mərkəzində tam yeni konsepsiyaya malik innovativ mağazanı abunəçilərimizə təqdim edirik. Növbəti illər ərzində bu cür mərkəzlərin sayını artıracağıq”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib. 

Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı) ünvanındakı yeni mağazanın açılışı ilə əlaqədar Bakcell şirkəti xüsusi kampaniya elan edib. 

“2018-ci ilin dekabrın sonuna qədər bu mağazadan istənilən model mobil telefon alan hər bir müştəri gələn il pulsuz danışacaq və pulsuz internet əldə edəcək”, - deyə Nikolai Beckers əlavə edib. 

Qeyd edək ki, kampaniya şərtlərinə əsasən, ilin sonuna kimi əldə olunan hər bir mobil telefonla bərabər “Bakcell” abunəçilərinə bir illik pulsuz və limitsiz şəbəkədaxili zənglər və hər ay 4 GB internet hədiyyə veriləcək. Abunəçi həmin interneti istifadə etdikdən sonra isə, hər bir giqabaytın qiyməti cəmi 0.25 AZN edəcək.  Mağazadan telefon aksesuarları alan müştəriləri də maraqlı  hədiyyələr gözləyir. 

“Bakcell” şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də  müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.

***
“Bakcell” haqqında 

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri