Yan
2019
10:39
57
195
26782
Virtual karabakh

“WhatsApp” bəzi smartfonlarda fəaliyyətini dayandırır

2 Yan, 2019
10:39
26782

“WhatsApp” bəzi smartfonlarda fəaliyyətini dayandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” messenceri bəzi smartfonlarda fəaliyyətini dayandıracaq. 

Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı şirkətin rəsmi saytında məlumat yerləşdirilib. 

Bildirilib ki, “Nokia Series 40” əməliyyat sisteminə malik telefon istifadəçiləri messencerdən istifadə edə bilməyəcək. Qeyd edilib ki, 2012-ci ildə dünyada “Nokia S40”ın müxtəlif versiyaları ilə işləyən 1,5 milyarddan çox qurğu olub.  

Bundan başqa, 2020-ci ilin fevralın 1-dən bu dəyişiklik “Android 2.3.7” versiyalı smartfonlara da aid olacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri