Yan
2019
16:33
92
16
10561
Virtual karabakh

“Huawei”in Çinə göndərdiyi tələbələr vətənə dönüblər - FOTO

9 Yan, 2019
16:33
10561

“Huawei”in Çinə göndərdiyi tələbələr vətənə dönüblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq 15 ildir Azərbaycanda fəaliyyət göstərən “Huawei” şirkətinin “Seeds for the Future” proqramı çərçivəsində Çinə göndərilən tələbələr vətənə geri dönüblər.

2016-cı ildən start verilən bu proqram boyunca hər il olduğu kimi, bu il də Çinə 10 tələbə yola salınıb. 1-15 dekabr aralığında baş tutan təlimdə azərbaycanlı tələbələrlə yanaşı, digər ölkələrdən olan əcnəbi tələbələr də iştirak ediblər. “Huawei” şirkətinin baş ofisində baş tutan İKİ həftəlik təlimlərdə tələbələr informasiya texnologiyaları sahəsi üzrə nəzəri və praktiki məşğələlərdə iştirak edərək Çin mədəniyyəti ilə də yaxından tanış olmaq imkanı əldə ediblər. 

Təlim proqramı əsnasında tələbələr Azərbaycanın Çindəki rəsmi səfiri ilə görüşüb, habelə məşhur Çin Səddini, İmperator sarayını, Şençjen şəhərində yerləşən laboratoriyanı ziyarət ediblər. Beynəlxalq təlim proqramını uğurla başa vuran tələbələrə imtahan sonrası sertifikatlar təqdim olunub. 

Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin ərəfə Bakıda keçirilən “Bakutel 2018” sərgisində iştirak edərkən Çindəki azərbaycanlı tələbələrlə canlı video bağlantıya keçib.

“Seeds for the Future” qlobal proqramı “Gözəl Azərbaycan” sosial layihəsi çərçivəsində həyata keçirilir. Proqram iştirakçıları dünyanın 200-dən artıq ölkəsində təhsil alan və telekommunikasiya sahəsi ilə maraqlanan tələbələr arasından seçilir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri