21 
Yan
2019
18:30
168
55
39718
Virtual karabakh

“WhatsApp”da hər kəsin gözlədiyi - YENİLİK

21 Yan, 2019
18:30
39718

“WhatsApp”da hər kəsin gözlədiyi - YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” messenceri bir istifadəçinin eyni mesajı təkrar olaraq göndərməsini məhdudlaşdırır.

Oxu.Az-ın BBC-yə istinadən məlumatına görə, yeni qaydalarla bir ismarıcı maksimum beş istifadəçiyə göndərmək olacaq.

Bundan əvvəl bir istifadəçi eyni mesajı ən çoxu 20 dəfə göndərmək imkanına malik olub. Messencerə sahib olan “Facebook” yalan informasiyanın yayılması ilə mübarizə fonunda “WhatsApp”da bu yeni qaydaları tətbiq edir.

Bu məhdudiyyət artıq altı aydır ki, Hindistanda fəaliyyət göstərir. Hindistan hakimiyyəti “Facebook”u “WhatsApp”da qeyri-qanuni materialların paylaşımına nəzarət etməyə məcbur edəcək qanunun qəbul edilməsini müzakirə edir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri