Fev
2019
15:00
15
66
2358
Virtual karabakh

“Huawei Mate” 20 seriyası: EMUI 9: Ən təmiz səs effektləri

6 Fev, 2019
15:00
2358

“Huawei Mate” 20 seriyası: EMUI 9: Ən təmiz səs effektləri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Huawei” şirkətinin R&D şöbəsinin mütəxəssisləri təbiətdən ilhamlanaraq təbiət səslərini EMUI 9-un defolt zəng siyahısına əlavə edib. Çay axarları və quş cikkiltilərinin rahatladıcı səsləri ilə istənilən şəxs sakitlik tapa bilər. EMUI 9-da həmçinin Ağıllı Rəng Seçimi texnologiyası vardır. Zəng zamanı defolt təsvir üçün bu texnologiya ilə təbii rənglər seçilə bilir. Təbiət mənzərələrindən ibarət olan bu təsvirlər təbii effektləri ehtiva edir.

Birləşdirilmiş ayarlar: “Huawei EMUI” 9-un Ayarlar menyusunu təkmilləşdirilib. Divar kağızı, Blokirovka-ekran and Başlıq foto vahid bir menyuda qruplaşdırılıb

Şirkət istifadəçi interfeysini yenidən dizayn edib. Eyni elementlər hazırda bir başlıqda təqdim edilir. E-mail, Əlaqə nömrələri, Təqvim, Notepad kimi tez-tez istifadə olunan proqramlar interfeysin alt hissəsinə əlavə edilib və əl altında olması üçün telefonun mərkəzi hissəsinə yaxın yerləşdirilib. Eyni janrdan olan proqramlar hazırda eyni qayda ilə idarə edilir. Məsələn, Saat, Zəngli saat, Taymer, Kompas kimi oxşar proqramlar hazırda eyni interfeysi paylaşır.

Erqonomik dizayn:

EMUI 9 uzunmüddətli istifadə nəticəsində yarana biləcək diskomfortu azaldaraq erqonomik dizayna da malikdir. İstifadəçi interfeysinin əvvəllər üst hissəsinə yerləşdirilmiş ayarların bir çoxu aşağı hissəyə əlavə edilmişdir. Bununla da istifadəçi telefonu bir əlində tutduqda barmağı ilə asanlıqla həmin düymələri basa bilir. Animasiya hərəkətləri də elə optimallaşdırılmışdır ki, müxtəlif elementlər istifadəçinin düz gözü qabağında olsun.

Jestlərə əsaslanan yeni naviqasiya: Geniş görüntülü “Huawei FullView” displeyinin görüntüsünü naviqasiya addımlarını mürəkkəbləşdirmədən daha da artırmaq məqsədi ilə EMUI 9-da jestlərə əsaslanan yeni naviqasiya rejimi dəstəklənir. Bu rejimi aktivləşdirən istifadəçilər sadə kliklər və barmaq hərəkətləri ilə telefonu asanlıqla idarə edə bilər.

Sürətlə hazırlandı, sürəti gətirdi

EMUI 5.0 versiyasından başlayaraq “Huawei” telefonun sürət effektivliyini artırmağa yardım edən texnologiyaları hazırlamağa istiqamətlənib. Süni intellekt yönümlü özünütəlim sisteminə əsaslanan “Huawei Mate” 20 seriyası avadanlıq resurslarının bölgüsü həllərini və Android proqram təminatı platformasını ehtiva edən geniş optimallaşdırmalar aparmaqla "Sürətlə hazırlandı, sürəti gətirdi" vədini yerinə yetirir.

Süni intellektə əsaslanaraq həyata keçirilən təkmilləşdirmə işləri ilə yanaşı, EMUI 9 həmçinin istiliyə nəzarət üzrə yeni həll funksionallığına da malikdir. Fərqli hallarda telefonun istilik səviyyəsinə nəzarət etmək üçün bu telefonda hər bir hal üzrə spesifik hədd vardır. Bu hədd cihaza imkan verir ki, insan əlinə uyğun olan temperaturda optimal şəkildə işləsin.

Qrafik prosessorlu Turbo 2.0

Qrafik prosessorlu Turbo 2.0 Çin və digər xarici ölkələrdə ən çox oynanılan 15 oyun daxil olmaqla, stabil ötürmə sürəti ilə müxtəlif növ oyunları dəstəkləyir. Bu yeni həll oyunun resurs bölgüsünü optimallaşdırması üçün lazım olan resursları qiymətləndirmək məqsədi ilə süni intellektə əsaslanan proqnozdan istifadə edir. Hətta intensiv hallarda belə, bu həll telefonun fasiləsiz işləməsinə imkan verir. Bundan başqa, telefona toxunuş reaksiyalarının süni intellekt əsasında optimallaşdırılması sözügedən reaksiya gecikməsini 36 faizə qədər azaldır. Daha sürətli reaksiya zamanı oyunçular hər zaman oyun aparıcısı olur.

"HiVision" - cibə yerləşən ensiklopediya!

EMUI 9 HiVision ilə debüt edən yeni funksonallıq klassik incəsənət və məşhur səmtləri tanıyır, habelə bir sıra dillərdə olan mətnləri tərcümə edə bilir. Həmçinin yüzlərlə fərqli yemək növünün kalori miqdarını hesablaya bilir. "HiVision" ilə təchiz edilmiş Huawei Mate 20 seriyası cibə yerləşən ağıllı bir eksiklopediyadır.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri