Fev
2019
12:16
32
60
1118
Virtual karabakh

“Huawei Mate” 20 Pro ilə yüksək keyfiyyətli foto və video çəkiliş imkanı

“Huawei” şirkəti özünün Mate 20 Pro smartfon modeli ilə bazara yeniliklər gətirməkdə davam edir. Şirkətin təqdim etdiyi yeni inqilabi model həm erqonomik dizaynı, həm də texniki parametrləri ilə daha üstün imkanlar verir. 

Qeyd edək ki, smartfon istifadəçiyə həm də unikal foto və video çəkiliş imkanları yaradır. Belə ki, “Huawei Mate” 20 Pro smartfonu 4 ədəd yüksək keyfiyyəli kameralarla təchiz olunub. Bunlar 40 meqapiksellik əsas kamera, 24 meqapiksellik ön kamera, 8 meqapiksellik telefoto kamera və 20 meqapiksellik ultra geniş bucaq kamerasından ibarətdir. 

Smartfonun matriks kamera sistemində Leica Ultra Geniş Bucaq Obyektivindən istifadə çəkiliş zamanı daha çox görməyə və çəkməyə imkan verir. Bu həm də siz kiçik ərazidə çəkiliş edərkən genişlik effekti yaradır, çünki kamera çəkiliş zamanı sizin dayandığınız yerdən daha çox informasiya alır. 

Onu da qeyd edək ki, Leica Ultra Geniş Bucaq Obyektivin istifadə edilməsi ilə “Huawei Mate” 20 Pro ultra geniş 21:9 ölçülü video çəkmək imkanını dəstəkləyir ki, bu aspekt ölçü dünya üzrə bütün kinoteatrlarda istifadə olunur. 16:9 aspekt görüntü imkanı ilə müqayisədə, 21:9 ölçü görüntü imkanı daha geniş, daha peşəkar, eləcə də film effekti verir. Leica Ultra Geniş Bucaq Obyektivi həm də smartfonun obyektivdən 2.5 sm məsafədə olan obyektdə fokuslaşmağa və keyfiyyətli makro foto çəkməyə də şərait yaradır. 

“Huawei Mate” 20 Pro modelini ölkəmizdə əldə etmək mümkündür. Huawei yüksək texnologiyalar sahəsində yeniliklər tətbiq etməkdə davam edir.

“Huawei” şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir. Huawei dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri