Fev
2019
16:00
29
85
2738
Virtual karabakh

“Huawei Mate” 20 Pro mükəmməllik axtarışında olanlar üçündür

7 Fev, 2019
16:00
2738

“Huawei Mate” 20 Pro mükəmməllik axtarışında olanlar üçündür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Huawei Mate 20 Pro mükəmməllik axtarışında olanlar üçün nəzərdə tutulmuş ən yeni cihazdır
İlk ağıllı telefon çıxdıqdan bəri illər keçib, lakin hələ də elə bir cihaz yoxdur ki, hər bir istifadəçinin ehtiyaclarını tam qarşılaya bilsin. Məsələnin ziddinə gedib çıxanda görürük ki, bu, çoxelementli bir problemdir: əvvəla, bugünkü cihazlar bir-birinə çox bənzəyir.
 
Bir çox telefonlar nəinki eyni dizayna malikdir, həmçinin funksiyaları da çox oxşardır; istehsalçılar ənənədən kənara çıxmağa can atmır. İkincisi, bugünkü əksər ağıllı telefonlar əslində heç də ağıllı deyildir. Onlar ən yaxşı halda bir cihazdır. Hətta istifadəçilərə yardımçı lazım olanda da biri onları, həqiqətən də, başa düşür və nə zaman kömək lazım olduğunu bilir. İstifadəçilər isə istəyir ki, onların dəyişkən ehtiyacları ilə ayaqlaşan bir telefonları olsun ki, yeni daşıyıcı formaları yarandıqda yeni avadanlıq almağa ehtiyac yaranmasın.
 
Bundan başqa, istehlakçılar öz cihazlarına getdikcə daha çox şəxsi məlumatlarını etibar edir, lakin təhlükəsizliklə bağlı funksiyalarda məqsədəuyğun bir təkmilləşmə görünmür.
 
Mikrosxem dəstinin dizaynerlərinin hələ də 10nm prosessorlu təklifləri hazırladıqları bir zamanda Huawei özünün Kirin 980 üçün 7nm prosessorlu texnologiyasını tətbiq edir, mərkəzi prosessor əməliyyatında 46 faiz artıma nail olur, səmərəlilik 46 faiz yüksəlir və neyron prosessor əməliyyatında 226 faiz artım əldə edir.
 
Smartfon istehsalçılarının sadəcə simsiz şarjı dəstəkləməyə başladığı bir vaxtda Huaweı Mate 20 Pro artıq 15W simsiz şarj yığımını dəstəkləyir. Bu cihaz həmçinin Simsiz olaraq məsafədən enerji doldurmaq imkanını da dəstəkləyir. Belə funksiya Huaweı Mate 20 Pro-ya imkan verir ki, digər Qi-cihazları (məsafədən simsiz enerjinin yığılmasını dəstəkləyən cihazlar) üçün enerji bankı rolunu oynasın. 
 
Digər smartfon istehsalçıları hələ də ikili kamera sistemləri üzərində təkrar işlər aparsa da, Huawei üçlü kameralara keçid etmişdir. Xüsusilə də Huaweı Mate 20 seriyası Leica Ultra Geniş Bucaqlı Linzaları ilə Leica Üçlü Kamerasını təqdim edir. Smartfon istehsalçılarının "Huawei"in işə saldığı süni intellektə əsaslanan fotoşəkil funksiyası ilə ayaqlaşmağa çalışdığı bir vaxtda Huaweı Mate 20 seriyası süni intellektə əsaslanan videoçəkiliş funksionallığını təqdim edir. Bu funksionallıq daha çox səy tələb edən videoların hazırlanmasına imkan verir.
 
Huaweı Mate 20 seriyasının yeni dizaynı zümrüdü-yaşıl rəngli seriyadır. Bu seriya öz adına uyğun olaraq qiymətli zümrüd daşının yarımşəffaf yaşıl kölgəsi rəngindədir. Bundan başqa, telefonun arxa hissəsindəki kamera sistemi iki yanaşı çərçivə daxilində yerləşdirilib ki, bu da hətta uzaqdan belə dərhal sezilə bilər.
 
Huaweı 20 seriyası Huaweı Mate seriyasının DNT-sidir. Ən qabaqcıl smartfon seriyasının bir hissəsi kimi, Huaweı Mate 20 seriyası öncül əməliyyat sürəti, daha uzunömürlü batareya, təhlükəsizliyin artırılması, daha geniş spektrli videoçəkiliş təcrübəsi və daha çox funksionallığı mürəkkəb bir dizaynda kompaktlaşdıraraq istehlakçıların istifadəsinə verir. Bu, sadəcə və sadəcə mükəmməllik axtarışında olanlar üçün nəzərdə tutulmuş ən yeni cihazdır.
 
1) Ecazkar Futuristik Dizayna malik Huawei Mate 20
 
Artıq bu bir qəbul edilən faktdır ki, Huawei Mate 20 seriyası homogen cihazların mövcud olduğu telefon bazarına yeni bir nəfəs gətirib.
 
Telefona əməliyyat rahatlığını bəxş edən dünyanın ilk "axıcı" dizaynına malik Huawei Mate 20 Pro və PORSCHE DESIGN Huawei Mate 20 RS versiyaları səkkiz tərəfdən müasir qövsşəkilli görüntüyə malikdir. Arxa kamera modulu futuristik, avanqard ikili matriks struktura malik olmaqla, hətta kənar məsafədən də dərhal sezilə bilir. Bundan başqa, bu telefonlar yeni rəngdə - Zümrüdü-yaşıl rəngdə buraxılıb.  
 
Dünyanın ilk "axıcı" dizaynlı telefonu ilə mükəmməl görüntü və mükəmməllik hissi - Huawei Mate 20 Pro
 
Sözügedən axıcı dizaynı konseptuallaşdırarkən "Huawei"nin dizaynerləri təbiətin axıcı elementlərini yaxalamağa çalışıblar. Aerodinamik korpusun hər səkkiz tərəfi qövsşəkillidir. Bu isə möcüzəvi görüntü və telefonu əldə saxlamaq zövqüdür. Huawei mövcud standartlara riayət edərək, komponentlərin bir-birinə tam uyğunluğunu təmin edərək və hər bir istifadəçi üçün misli görülməmiş komfort yaradaraq bu telefonun hissələrini dəqiqliklə hazırlayıb.
 
Eyni zamanda telefona simmetrik dizayn elementləri də daxil edilib. Çərçivənin kənarları və qövsşəkilli şüşə tağları telefonun mərkəzi oxuna simmetrikdir. Çox sadə və simmetrik dizayn estetik cəhətdən də ecazkar görünür.
 
Şeh damcısını xatırladan yeni ekran dizaynı ilə mükəmməl görüntü və mükəmməllik hissi - Huawei Mate 20
 
İstifadəyə tam uyğun olması üçün yeni Huaweı şeh damcısı displeyində 6.58 düymlük ekran üzərində mirvarişəkilli yarımqövs yerləşdirilib. Telefonun bütün tərəfləri harmonik şəkildə bir-birinə simmetrikdir: arxa kamera modulunun arxa hissəsində ikili simmetrik xətt üzərində ikisi yanaşı yerləşməklə dörd dairə kəsiyi vardır. Çərçivə, habelə telefonun hər tərəfini əhatə edən qövsşəkilli şüşə isə vertikal cəhətdən bir-birinə simmetrikdir.
 
Telefonun arxa tərəfi fotorezistorlu aşınma prosesi vasitəsilə hazırlanmış yüksək texnoloji teksturaya malikdir. Nanoteksturalı arxa üzlüyün yuxarı hissəsinə aşınmış şüşə örtüyü yerləşdirməklə, Huawei unikal, əsrarəngiz bir dizayn hazırlayıb - telefonu həm əldə tutmaq rahatdır, həm də üzərində barmaq izləri qalmır. Telefon hətta dəfələrlə istifadə olunduqda belə təmiz görüntünü qoruyub saxlayır.
 
Özünəməxsus Matriks Kamera Strukturu
 
Huawei Mate 20 seriyasında yanaşı yerləşən ikili kameranın hər bir linzası cilalanmış metal çərçivə ilə əhatələnib. Bu isə telefona vizual olaraq effektli və fərqli bir avanqard görünüş verir.
 
Yeni zümrüdü-yaşıl rəng, heyrətamiz stil
 
Vaxtilə İtaliyanın mərkəzində yerləşən, incəsənət şəhəri hesab edilən Florensiyada ecazkar bir söz var idi. Syu Cimo adlı bir şair italyan sözü olan "Firenze"ni "Zümrüd nefriti" olaraq tərcümə etmişdi. Şəhər bürokratları kilsənin yaşıl mərmərlə hazırlanmasını tələb etmiş, şəhər ətrafındakı evləri bəzəyən tünd yaşıl pəncərə çərçivələri isə şəhərə eleqant, sakit və çılğın bir görüntü bəxş etmişdi. Huawei Mate 20 seriyası da məhz yeni Zümrüdü-yaşıl rəngdə hazırlanıb. Bu isə telefona zümrüd daşı qədər qlamur bir görüntü verir.
 
2) "Huawei"in ən qabaqcıl mikrosxem dəsti ilə smartfon intellekti yeni mərhələyə qədəm qoyur
Huawei şirkətinin yeni smartfonunda təqdim olunan prosessor - Kirin 980 7nm emalı ilə hazırlanmış ilk kommersiya mikrosxem sistemidir ("SoC"). Bu ən zəngin istifadəçi təcrübəsini əldə etmək məqsədi ilə birinci sinif intellekti, əməliyyat effektivliyini, səmərəliliyi və sürətli bağlantıları özündə birləşdirir.
 
Dünyanın ən qabaqcıl emal texnologiyası: 7nm 
 
Qeyd edək ki, Kirin 980 qabaqcıl 7nm emal texnologiyası ilə yığılıb və 6,9 milyard tranzistor bir dırnaq ölçüsündə olan formfaktora yerləşdirilib. Bu qabaqcıl emal texnologiyası mikrosxem dəstinə imkan verir ki, misli görülməmiş bir əməliyyat effektivliyini və səmərəliliyi nümayiş etdirsin: Kirin 970 ilə müqayisədə, onun əməliyyat effektivliyi mərkəzi prosessorda 75 faiz, qrafik prosessorda 46 faiz, neyron prosessorda isə 226 faiz artıb.
 
Bundan başqa, Kirin 970 ilə müqayisədə, onun mərkəzi, qrafik və neyron prosessorları müvafiq olaraq 58, 178 və 182 faiz daha səmərəli fəaliyyət göstərir. Belə ağlasığmaz səmərəlilik ilə istifadəçilər güclü əməliyyat və uzunmüddətli batareyadan eyni anda yararlana bilirlər. Hətta 3D oyunlar kimi intensiv yüklənmələr zamanı belə mikrosxem sistemi özünün tam gücü ilə yüksək səmərəlilik nümayiş etdirir.
 
Kirin 980 telefon sənayesinin ilk mikrosxem sistemidir ki, ikili neyron prosessor əməliyyatını özündə birləşdirir və bununla da hazırki Android telefonları üçün ən güclü süni intellekt prosessoru rolunu oynayır. Bu mobil süni intellekt 2.0 versiyasının yeni dövrünə addım ataraq, çoxsaylı süni intellekt fəaliyyətlərini dəstəkləyən yeni nəsil süni intellekt prosessorudur.
Əməliyyat effektivliyi baxımından rəqib leptoplar: Cortex-A76 əsaslı nüvələrdən istifadə edən dünyanın ilk kommersiya mikrosxem sistemi
 
Kirin 980 Cortex-A76 əsaslı nüvələri özündə birləşdirən ilk mikrosxem sistemidir. Bu nüvələr özündən əvvəlki nüvə nəsli ilə müqayisədə 75 faiz daha güclü və 58 faiz daha səmərəli əməliyyat nümayiş etdirir. Kirin mərkəzi prosessorunun alt sistemi sərbəst rejimli ağıllı mexanizmdən istifadə edir. Bu mexanizm iki böyük, iki orta və dörd kiçik nüvədən ibarət üç səviyyəli enerji səmərəliliyi arxitekturasını yaradır. Bu həll təcili və intensiv iş yüklərini idarə etmək üçün yüksək effektivli iri nüvələri işə salır. İri, yüksək səmərəli nüvələr stabil əməliyyatı təmin edir, ultra-səmərəli nüvələr isə ekstremal enerji səmərəliliyi əsasında gündəlik, yüngül əməliyyatların öhdəsindən gəlir.
 
Huawei Mate 20 seriyasının ultra-yüksək əməliyyat effektivliyi oyun oynamağı sevən istifadəçilər üçün telefonu "Oyun hakeri"nə çevirir. "PlayerUnknown's Battlegrounds", "Arena of Valor" və ya hər hansı digər ağır mobil oyun olmasından asılı olmayaraq, mükəmməl qrafikanı, effektləri və virtual dünyada "oyunçu aparsın" üstünlüyünü istifadəçinin öhdəsinə buraxır. Bu, ailə maşınını super gücü olan bir maşına çevirən güclü idman avtomobili mühərrikinə bənzəyir. Hər bir klik və ya barmaq hərəkəti sürəti və gücü hiss etməyə imkan verir - sanki kimsə sizi itələyir.
 
Əyləncə zamanıdır: Dünyanın ən sürətli bağlantısı
Huawei Mate 20 Pro dünyanın ilk 4.5G smartfonudur ki, 1.4Gbps birbaşa ötürmə sürətini dəstəkləyir. Bu isə "Snapdragon 845"in maksimal 1.2Gbps sürətindən çoxdur. Huawei 20 seriyası 1.732Gbps-ə qədər nəzəri yüklənmə sürəti ilə dünyanın ən sürətli Wi-Fi-nı da dəstəkləyir.
 
Huawei Mate 20 seriyasının istifadəçiləri heç bir məhdiyyət olmadan 4K video çəkə, 2GB videonu cəmi 10 saniyə ərzində yükləyə və yaxud oyun proqramını sadəcə bir neçə saniyədə yeniləyə bilər. Huawei Mate 20 seriyası xəritə məlumatlarını bir göz qırpımında keşləyə bilir. Buna görə də istifadəçilər səyahət zamanı həddən artıq məlumatdan istifadə edərkən artıq bu barədə narahat olmayacaq.
 
Süni intellektə əsaslanan iki-diapazonlu GPS texnologiyası
 
Huawei Mate 20 seriyası həmçinin iki-diapazonlu (L1+L5) GPS mövqeləndirmə texnologiyasını da dəstəkləyir. Süni intellektə əsaslanan GPS Peyk texnologiyası ilə telefonun mövqeləndirmə dəqiqliyi istənilən halda artır. Tuneldə, cəngəllikdə, yaxud şəhərin girişli-çıxışlı küçələrində olmağınızdan asılı olmayaraq, bu texnologiya bir metr yayınma ilə dəqiq və sürətli mövqeləndirməni təklif edə bilər.
 
3) Huawei Mate 20 modelləri - video çəkilişlərdə mükəmməllik
 
Digər telefon markasının istehsalçıları hələ də şəkil çəkmək texnologiyalarını təkmilləşdirməyə yönəlsələr də, Huawei özünün Huawei Mate 20 seriyasında süni intellektə əsaslanan videoçəkiliş texnologiyasını araşdırmağa başlayıb. Qeyd edək ki, ultra-geniş linzaları və süni intellektə əsaslanan video rejimi ilə yeni nəsil Leica Üçlü Kamera sayəsində Huawei Mate 20 seriyası video çəkilişinə daxil olmaq üçün keçidi azaldaraq və getdikcə daha geniş yayılan videoçəkilişlər vasitəsi ilə istifadəçilərin sosial şəbəkələrdə özlərini rahatlıqla ifadə etməsinə imkan verərək, ilk "mükəmməl videoçəkiliş" kamerasına malik bir telefona çevrilib.
 
Dünyanın ultra-genişbucaqlı Leica Linzaları ilə təchiz edilmiş ilk kamerası
 
"Huawei Mate 20 Pro"nun Leica Üçlü Kamerası 40 MP RGB kamerasından, Leica ultra-genişbucaqlı linzalı 20MP kameradan və 8MP telefoto kamerasından ibarətdir.
 
Ultra-genişbucaqlı linzalar istifadəçilərə imkan verir ki, hətta dar məkanlarda olduqca geniş perspektivdə görüntü yarada bilsinlər. Çəkilən şəkillər canlı, aydın və yüksək kontrastda olur ki, bu da şəklə üç ölçülü effekt verir.
 
Kinomatoqrafik 21:9 aspekt nisbəti
 
Ultra-genişbucaqlı linzalar vasitəsi ilə Huawei Mate 20 seriyası ultra-geniş 21:9 dəqiqliyində videoçəkilişləri dəstəkləyir - bu göstərici qlobal olaraq kinoteatrlar tərəfindən istifadə olunan aspekt nisbəti ilə eynidir. Ənənəvi 16:9 aspekt nisbəti ilə müqayisədə, 21:9 dəqiqliyi ilə çəkilən videogörüntülər daha əhatəli və peşəkar görünür, eyni zamanda, kino çəkilişini xatırladır. Digər telefon markalarında 21:9 nisbətini əldə etmək üçün videoyazılar kəsilir. Lakin Huawei Mate 20 seriyasında 21:9 dəqiqliyi videoçəkilişin lap əvvəlindən başlayaraq özünün orijinal çəkiliş dəqiqliyi kimi qəbul edilə bilir.
 
Süni intellektə əsaslanan kinoteatr rejimi
 
Süni intellektə əsaslanan emal imkanlarını artıran Huawei Mate 20 seriyası peşəkar videoçəkiliş bacarıqları funksionallıqlarına malikdir ki, hətta videoçəkiliş sahəsində yeni olanlar da blokbaster hazırlaya bilər.
Rəng isə bildiyimiz kimi videonun ən əsas və zəruri elementlərindən biridir. Rənglərdən düzgün istifadə ilə videonun müəllifi auditoriya ilə emosional ünsiyyət qura və öz istəklərini ən düzgün metodla ifadə edə bilir. Huawei Mate 20 seriyasında süni intellektə əsaslanan kinoteatr rejimi vardır. Bu rejim vasitəsi ilə videogörüntünün rəng çalarını, intensivliyini və parlaqlığını asanlıqla tənzimləmək olar. Bir neçə orijinal rejimlər də mövcuddur, o cümlədən: Klassik, təravətli, arxa fonun tutqunluq dərəcəsi. Bundan başqa, bu funksiya görüntüdəki obyektləri rəngsizləşdirərək subyekti müəyyənləşdirə və onun rənglərini ayıra bilir. Bu isə ecazkar vizual görüntü yaradır.
 
Süni intellektə əsaslanan projektor çarxı
 
Smartfonlar öz rahatlığı sayəsində videoçəkiliş zamanı bir çoxları üçün əvəzolunmaz cihaza çevrilib. Lakin videoların həcmi artdıqca onların təşkil və ya redaktə edilməsi səy tələb edən bir işə çevrilir. Bəziləri üçün müəyyən bir videonun arxivdən eşələnib çıxarılması "samanlıqda iynə axtarmaq" kimidir.
 
Huawei Mate 20 seriyasında projektor çarxı funksiyası vardır. Bu funksiya vasitəsi ilə eyni mövzulu videokliplər seçilir və avtomatik surətdə 10 saniyəlik montaj hazırlanır. Məsələn, məşhur bir şəxslə görüşmək və salamlaşmaq zamanı çəkilən videogörüntünü götürək. Sözügedən funksiya yalnız məşhurlara aid olan videoklipləri ayıra və digər bir çox funksionallıqlarla yanaşı, yalnız həmin ulduza aid olan bir video hazırlaya bilir.
 
4) Huawei Mate 20 modelləri ilə hər kəs peşəkar fotoqraf olacaq
 
Huawei özünün yeni Mate 20 modellərində foto çəkiliş sahəsində yeniliklər edib. Belə ki, Leica Üçlü Kamerasını yenidən nəzərdən keçirən Huawei öz istifadəçilərinə daha geniş perspektivi təqdim etmək məqsədi ilə Leica Ultra-genişbucaqlı linzalarını telefona əlavə edib. Geniş mənzərələrdən tutmuş nəfis interyer dizaynları kimi məkanlarda bu kamera istifadəçilərə imkan verir ki, olduqca geniş perspektivdə çəkiliş aparsınlar. Bu kamera şəklə üçölçülü effekt verir.
 
Leica ultra-genişbucaqlı linzalar özünün imkanlarını dar məkanlarda bir daha sübut edir. Bu kamera vasitəsi ilə istifadəçilər geniş əhatəlilik görüntüsünü asanlıqla əldə edə bilər. Geniş düzənliklər, güllüklər və dağ silsilələri kimi təbiət gözəlliklərinin şəklini çəkmək üçün bu kamera idealdır və səyahət zamanı ideal yol yoldaşıdır.
 
Telefon sənayesində qabaqcıl Makro Fotoqrafiya funksiyası
 
İnsanlar kiçik dünyanın möcüzələri barədə hər zaman maraqlanıblar. Makro fotoqrafiya obyektlərin çox yaxından çəkilişi deməkdir. Əvvəllər smartfonlar makro fotoqrafiya üçün uyğun deyildi. Çünki linzalarla obyekt arasındakı məsafə çox vaxt minimal fokus məsafəsini aşırdı. 
 
Huawei şirkətinin tətbiq etdiyi yeni kamera istifadəçilərə imkan verir ki, makro linzalara əlavə xərc çəkmədən real makro çəkiliş effektivliyindən istifadə etsin. Huawei Mate 20 seriyası telefon sənayesində aparıcı makro fotoqrafiya imkanını dəstəkləyən ilk smartfondur. Belə funksionallıq kameraya imkan verir ki, 2.5 sm yaxınlıqdan obyektə fokuslansın - bu məsafə hətta insan gözünün imkanlarını aşaraq istifadəçilərə smartfon vasitəsi ilə fotoqrafiya ilə məşğul olmağa imkan verir.
 
Süni intellektə əsaslanan 4D prediktiv avtofokus
 
Hərəkət edən obyektlərə fokuslanmaq hətta DSLR kameralarına malik peşəkar fotoqrafları da çətin vəziyyətə salan hiyləgər bir əməliyyatdır. Huawei Mate 20 seriyasında süni intellektə əsaslanan prediktiv avtofokus (PDAF) funksionallıqları mövcuddur. Bu sistem süni intellekt analizini həyata keçirir, şəkil çəkilərkən subyektin forması və elementlərini real vaxt rejimində tuta bilir. Obyekt tanıma funksiyası vasitəsi ilə çoxsaylı obyektlər dəqiqliklə müəyyən edilir, şəkillərə baxılarkən hərəkət edən subyekt real vaxt rejimində izlənilir. PDAF vasitəsi ilə istifadəçi müvafiq fokusu əllə dəyişə bilər.
 
Tam fokus məsafəsi əsasında portret rejimi
 
Linzalar fərqli fokus məsafəsinə malikdir və onların hər biri müxtəlif şəkil effektləri ilə öz sahəsində fərqlənir.
 
3D selfilərdə gözəlləşdirmə funksiyası (Huawei Mate 20 Pro, PORSCHE DESIGN Huawei Mate 20 RS)
Dərin üz cizgilərini tutmaq üçün 3D dərin zondlama kamerası Huawei Mate 20 Pro və PORSCHE DESIGN Huawei Mate 20 RS üzərindəki ön kameraya əlavə edilib. Gözəlləşdirmə effektlərinin dəqiqliyini artırmaq üçün məlumatlar daha sonra telefona daxil edilir.
 
5) Huawei Mate 20 Pro modeli kiçik paketdə böyük güc deməkdir
 
İri batareyanın qalın bir qablaşdırmaya ehtiyacı yoxdur. Huawei şirkətinin flaqman modeli olan Mate 20 Pro öz sələfi kimi qalın korpusa malikdir, lakin burada 4200 mAh yüksək sıxlığa malik batareya (4,000mAh-dan böyük) vardır. İri batareya ilə yanaşı, yüksək səmərəli avadanlıq və proqram təminatı ilə birlikdə hər iki cihazda əlavə enerji yığılmasına ehtiyac qalmadan tam bir gün işləmək və oyun oynamaq mümkündür.
Enerjinin sürətli yığılması: Bütün yeni "Huawei"lər superşarj funksiyasına malikdir
 
"Huawei Mate 20 Pro"da yeni 40W Huawei sürətli superşarj texnologiyası vardır. Bu texnologiya vasitəsi ilə 30 dəqiqə ərzində təqribən 70 faiz enerji yığıla bilir. Bundan başqa, Huawei Mate 20 Pro telefon sənayesində ən sürətli simsiz enerji yığıılmasını təklif edərək 15W Huawei simsiz sürətli enerjini dəstəkləyir.
 
Dünyada ilk simsiz yardımçı adaptr
 
Eyni zamanda onu da qeyd etmək lazımdər ki, modelin malik olduğu innovativ simsiz yardımçı adaptr texnologiyası "Huawei Mate 20 Pro"ya imkan verir ki, digər cihazlar üçün enerji bankı rolunu oynasın.
TÜV Təhlükəsizlik sertifikatı
 
Bu telefon dünyanın ən dolğun təhlükəsizlik standartlarından biri - Alman sertifikatlaşdırma təşkilatı, TÜV Raynland tərəfindən sertifikatlaşdırılmışdır. Sürətli və təhlükəsiz şarj texnologiyası əsasında telefon aşağı temperaturda qalmaqla enerji yığır. Beləliklə, istifadəçilər telefonu cərəyana qoşduqda tam rahat olur.
 
6) Huawei Mate 20 seriyası: EMUI 9: Ən təmiz səs effektləri
 
Huawei təbiətdən ilhamlanaraq təbiət səslərini EMUI 9-un defolt zəng siyahısına əlavə edib. Çay axarları və quş cikkiltilərinin rahatladıcı səsləri ilə istənilən adam sakitlik tapa bilər. EMUI 9-da həmçinin Ağıllı Rəng Seçimi texnologiyası vardır. Zəng zamanı defolt təsvir üçün bu texnologiya ilə təbii rənglər seçilə bilir. Təbiət mənzərələrindən ibarət olan bu təsvirlər təbii effektləri ehtiva edir.
Birləşdirilmiş ayarlar: Huawei EMUI 9-un Ayarlar menyusunu təkmilləşdirilib. Divar kağızı, Blokirovka-ekran and Başlıq foto vahid bir menyuda qruplaşdırılıb
 
Şirkət istifadəçi interfeysini yenidən dizayn edib. Eyni elementlər hazırda bir başlıqda təqdim edilir. E-mail, Əlaqə nömrələri, Təqvim, Notepad kimi tez-tez istifadə olunan proqramlar interfeysin alt hissəsinə əlavə edilib və əl altında olması üçün telefonun mərkəzi hissəsinə yaxın yerləşdirilib. Eyni janrdan olan proqramlar hazırda eyni qayda ilə idarə edilir. Məsələn, Saat, Zəngli saat, Taymer, Kompas kimi oxşar proqramlar hazırda eyni interfeysi paylaşır.
 
Erqonomik dizayn: EMUI 9 uzunmüddətli istifadə nəticəsində yarana biləcək diskomfortu azaldaraq erqonomik dizayna da malikdir. İstifadəçi interfeysinin əvvəllər üst hissəsinə yerləşdirilmiş ayarların bir çoxu aşağı hissəyə əlavə edilmişdir. Bununla da istifadəçi telefonu bir əlində tutduqda barmağı ilə asanlıqla həmin düymələri basa bilir. Animasiya hərəkətləri də elə optimallaşdırılmışdır ki, müxtəlif elementlər istifadəçinin düz gözü qabağında olsun.
 
Jestlərə əsaslanan yeni naviqasiya: Geniş görüntülü "Huawei FullView" displeyinin görüntüsünü naviqasiya addımlarını mürəkkəbləşdirmədən daha da artırmaq məqsədi ilə EMUI 9-da jestlərə əsaslanan yeni naviqasiya rejimi dəstəklənir. Bu rejimi aktivləşdirən istifadəçilər sadə kliklər və barmaq hərəkətləri ilə telefonu asanlıqla idarə edə bilər.
 
Sürətlə hazırlandı, sürəti gətirdi
 
EMUI 5.0 versiyasından başlayaraq Huawei telefonun sürət effektivliyini artırmağa yardım edən texnologiyaları hazırlamağa istiqamətlənib. Süni intellekt yönümlü özünütəlim sisteminə əsaslanan Huawei Mate 20 seriyası avadanlıq resurslarının bölgüsü həllərini və Android proqram təminatı platformasını ehtiva edən geniş optimallaşdırmalar aparmaqla "Sürətlə hazırlandı, sürəti gətirdi" vədini yerinə yetirir.
 
Süni intellektə əsaslanaraq həyata keçirilən təkmilləşdirmə işləri ilə yanaşı, EMUI 9 həmçinin istiliyə nəzarət üzrə yeni həll funksionallığına da malikdir. Fərqli hallarda telefonun istilik səviyyəsinə nəzarət etmək üçün bu telefonda hər bir hal üzrə spesifik hədd vardır. Bu hədd cihaza imkan verir ki, insan əlinə uyğun olan temperaturda optimal şəkildə işləsin.
 
Qrafik prosessorlu Turbo 2.0
 
Qrafik prosessorlu Turbo 2.0 Çin və digər xarici ölkələrdə ən çox oynanılan 15 oyun daxil olmaqla, stabil ötürmə sürəti ilə müxtəlif növ oyunları dəstəkləyir. Bu yeni həll oyunun resurs bölgüsünü optimallaşdırması üçün lazım olan resursları qiymətləndirmək məqsədi ilə süni intellektə əsaslanan proqnozdan istifadə edir. Hətta intensiv hallarda belə, bu həll telefonun fasiləsiz işləməsinə imkan verir. Bundan başqa, telefona toxunuş reaksiyalarının süni intellekt əsasında optimallaşdırılması sözügedən reaksiya gecikməsini 36 faizə qədər azaldır. Daha sürətli reaksiya zamanı oyunçular hər zaman oyun aparıcısı olur.
 
"HiVision" - cibə yerləşən ensiklopediya!
 
EMUI 9 HiVision ilə debüt edən yeni funksonallıq klassik incəsənət və məşhur səmtləri tanıyır, habelə bir sıra dillərdə olan mətnləri tərcümə edə bilir. Həmçinin yüzlərlə fərqli yemək növünün kalori miqdarını hesablaya bilir. "HiVision" ilə təchiz edilmiş Huawei Mate 20 seriyası cibə yerləşən ağıllı bir eksiklopediyadır.
 
7) Huawei Mate 20 Pro-dan çox mürəkkəb təhlükəsizlik tədbirləri
 
Huawei şirkəti özünün yeni flaqman modelində mürəkkəb təhlükəsizlik sistemləri quraşdırıb. Belə ki, şirkət tərəfindən 3D Üz Tanıma həlli “Huawei Mate 20 Pro”ya əlavə edilib. Min proyeksiyalı infraqırmızı nöqtələrlə istifadəçinin üzünü xəritələndirən bu həll vasitəsi ilə telefon tam informasiya əsasında istifadəçinin üzünü dəqiqliklə oxuya bilir. 
 
Digər rəqib telefonlarla müqayisədə, 3D Üz Tanıma ilə telefonu açmaq funksiyasının infraqırmızı spektrdə, görüntü sahəsində, istifadə rahatlığında və üz tanıma sürətində üstünlükləri vardır. Xəta həddi milyonda birdən aşağı olmaqla istifadəçini 600ms ərzində tanıyır.
 
Telefonu açmaq və ödəniş funksionallıqlarından əlavə, istifadəçinin məxfiliyini daha yaxşı qorumaq üçün də üz tanıma texnologiyasından istifadə edilə bilər. Yeni təhlükəsizlik funksionallığı "PrivateSpace", "App Lock", "File Safe" və "PrivateScreen"-i dəstəkləyir. İstifadəçilər telefonun sağ ekranını özləri üçün şəxsi ekran edə ("PrivateScreen"), öz şəxsi proqramlarını həmin ekranda gizlədə bilər. Yalnız biometrik məlumatları uyğun gələn istifadəçilər həmin ekranı aça bilər.
 
Təkmilləşdirilmiş ekrandaxili barmaq izi sensoru 
 
Huawei şirkəti barmaq izi sensorunu tətbiq edən ilk smartfon istehsalçılarından biri olub. Həmçinin barmaq izi sensorlarını Android ekosisteminə gətirən ilk istehsalçıdır. Hazırda çoxsaylı istifadəçinin barmaq izi sensorlarına vərdiş etdiyini nəzərə alsaq, "Huawei"in bu sensoru öz cihazlarına birbaşa inteqrasiya etmək istəyi sadəcə təbiidir.
 
Huawei daha məqsədəuyğun sürət və uğurlu iş əmsalını əldə etmək üçün özünün ekrandaxili barmaq izi sensoru dizaynını təkmilləşdirib. Bu telefon sensor üzərində barmaq hərəkətini aşkarladığı zaman ekrana xəbərdarlıq çıxarır. Təsdiq prosesi yerinə yetirildikdən sonra arxa fonda diqqəti yayındırmayan bir xəbərdarlıq avtomatik surətdə itir.
 
Mikrosxem səviyyəsində təhlükəsizlik funksionallığı vasitəsi ilə məlumatlar sürətlə bərpa edilir
Bildiyimiz kimi, telefonunu itirmək xüsusilə də işgüzar insanlar üçün çətinlik yarada bilər. Telefonun itməsi onlar üçün adətən ikinci problemə çevrilir - ən vacib məsələ isə telefonda olan məlumatlardır. Huawei Mate 20 ilə istifadəçilər öz məlumatlarını üç üsulla arxivləşdirə bilər: "Huawei Cloud" vasitəsi ilə; kabel vasitəsi ilə lokal saxlayıcıda, yaxud simsiz bağlantı ilə lokal saxlayıcıda. Bu telefonlarda həmçinin 64GB, 128GB və 256GB yaddaş kartlarına uyğun olan Nano SD bölməsi də vardır.
 
Digər təhlükəsizlik funksionallığı olan "Password Keychain" isə istifadəçilərə imkan verir ki, mikrosxem sistemində şifrələnmiş inSE mikrosxemindəki parol parametrlərini təhlükəsiz şəkildə saxlasın. Bu parametrlər üz tanıma funksiyasiyası vasitəsi ilə istifadəçi tərəfindən məlumatların avtomatik doldurulması üçün istifadə edilə bilər.
 
8) Huawei smartfonu ilə maksimum keyfiyyətli əyləncə
 
Bilirik ki, oyunlarda birinci zərbəni endirən qalib sayılır. Bu xüsusilə də döyüş oyunlarına aiddir. Lakin əksər telefonların ekranının məhdud ölçüsü olduğundan bir çox oyunçu hətta öz rəqibini görmədən oyundan atılır.
 
Daha yaxşı görünüş üçün Huaweı Mate 20 X 7.2 düymlü displeylə təchiz olunub. Bundan başqa, displeydə parlaqlığın idarə edilməsi üçün ağıllı həll vardır ki, bu da istifadəçinin açıq və ya qapalı məkanda olmasından asılı olmayaraq, fərqli şəraitlərə görə ekranın parlaqlığını avtomatik surətdə optimallaşdırır. Bu həmçinin HDR10-u dəstəkləyir, müvafiq formatı dəstəkləyən kontenti nəzərdən keçirərək daha çox parlaqlıq, daha geniş dinamik diapazon, daha kontrastlı işıqlar və kölgə effektləri, habelə daha dolğun rəngləri istifadəçilərin öhdəliyinə buraxır.
 
Oyundaxili bağlantıların rahatlığı 
 
Huaweı Mate 20 X oyundaxili bağlantının təkmilləşdirilmiş funksionallıqları ilə çıxış edir. Bir tərəfdən, Wi-Fi və 4G bağlantıları arasında birbaşa keçidə imkan verir, digər tərəfdən isə, metro kimi yerlərdə İnternet sürətinin az olduğu zaman istifadəçilərin bağlantısını optimallaşdırır. Bu həmçinin mikrosxem sisteminə ("SoC") yerləşdirilmiş Qrafik Prosessor Modulundan ("GPU") istifadəçilərin daha geniş formada istifadə etməsi məqsədi ilə "Huawei"in ərsəyə gətirdiyi qrafik prosessorun sürətləndirilməsi üçün innovativ həllin yeni və təkmilləşdirilmiş versiyası - GPU Turbo 2.0-ni də dəstəkləyir.
 
Daha real effekt üçün ikili səsgücləndiricilər
 
İstiqamətləndirici səs effektləri və daha geniş mənada, səsgücləndiricilər onlayn yarışlarda əsas rol oynayır, çünki oyun iştirakçılarına istiqamətlər barədə müvafiq məlumat verilir. Huaweı Mate 20 X təkmilləşdirilmiş ikili stereo səsgücləndiricilərlə təchiz edilmişdir. HDR oyun rejimi və 5.1 ətraf dəstəklə birləşərək bu keyfiyyətli səsgücləndiricilər oyun iştirakçılarına imkan verir ki, real effektli və maraqlı oyun oynasınlar.
İnnovativ Soyutma Həlli
 
Güclü mikrosxem dəsti oyunlar üçün əsas zəmanəti təmin edir. Smartfonun məhdud ölçüsü səbəbindən mikrosxem dəsti normal əməliyyata qayıtmazdan öncə cihazı soyutmaq üçün telefonun əməliyyat sürətini olduqca azalda bilər. Cihazın optimal əməliyyat sürətini qoruyub saxlamaq üçün soyutma prosesi çox vacibdir: cihaz nə qədər sürətlə soyuyarsa, mixrosxem dəsti də bir o qədər az təzyiqə uğrayar. Bu səbəbdən istifadəçi daha uzun müddət ən sürətli əməliyyat sürətindən istifadə edə bilər.
 
Huawei misli görülməmiş soyutma sistemindən istifadə edir: "HUAWEI SuperCool" - buxar kamerası və qrafen plyonkalardan ibarətdir. Qabaqcıl soyutma modulları sürətli soyutmanı təmin edir, mərkəzi prosessor və qrafik prosessor modulu ən sürətli rejimdə fəaliyyət göstərir. Əvvəlki soyutma texnologiyaları ilə müqayisədə, "HUAWEI SuperCool" telefona imkan verir ki, maksimal oyun effektlərinə malik olsun və uzunmüddətli soyutmanı təmin etsin. HUAWEI Mate 20 X ilk smartfondur ki, ağıllı telefonlarda soyutma məqsədləri üçün qrafen plyonkalarından bu dərəcədə istifadə edir.
"Arena of Valor" və "PUBG" kimi intensiv mobil oyunlar üçün Huaweı Mate 20 X bir çox əsas smartfonlarla müqayisədə 80 faiz, Samsung S 9+ və iPhone telefonları ilə müqayisədə 50 faiz daha uzun müddətə maksimal oyun effektlərini ehtiva edən əyləncəli oyun təcrübəsini təqdim edə bilir.
 
Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri