Fev
2019
10:00
53
17
1394
Virtual karabakh

“Samsung” paltaryuyan maşınları – qısa müddətdə qüsursuz təmizlik

Paltaryuyan maşını ilə ilk tanışlıq bir çoxumuz üçün sovet illərində baş tutmuşdur. O zamanlar az sayda ev xanımının eldə edə biləcəyi bu məişət əşyası metal “çəni” xatırladırdı. Bu səbəbdən paltaryuyan maşını səliqə ilə istifadə edib, hər yuyulmadan sonra qurulayır, xüsusi üzlük ilə örtərdilər. 

Keçmişdə paltar yumaq daha çox zaman və güc tələb edirdi. İlk öncə sözü gedən bu  “çəni” su ilə doldurmaq, sonra isə yuyulmuş paltarları quraşdırılmış xüsusi diyircəklərin köməyi ilə və ya əl ilə sıxmaq lazım gəlirdi. Sonda isə, istifadə edilmiş suyu yenidən paltaryuyan maşından boşaltmaq mütləq idi. Sovet maşınlarının quruluşu çox sadə olub, konstruksiyanın dibində yerləşən pərdən ibarət idi. Taymoqrafın “cıkkıltısı” ilə  müşahidə olunan yuma prosesi zamanı bu pər paltarları yuyucu vasitəli suda qarışdıraraq geyimləri təmiz edirdi.  

Günümüzdə yuma prosesi maksimal dərəcə rahat və sadədir. Evin xanımı, demək olar ki, paltar yumada iştirak etmir. Paltarları ayırırsan, rejimi seçirsən və yuma prosesini aktiv edirsən. Nəticədə isə təmiz və sıxılmış paltar eldə edilir. Yeni Quick Drive texnologiyalı Samsung paltaryuyan maşınları sayəsində isə yuma zamanı, demək olar ki, iki dəfə qısalaraq, boş vaxtınızı özünüzə sərf etməyə imkan yaradır.

Yeni texnologiyanın işləməsi prosesi maşın barabanının ikili fırlanma prinsipi əsasında qurulub.  Adi paltaryuyan maşınlarda rejimindən asılı olaraq baraban fırlanma hərəkətlərini icra edərək, pərləri ilə geyimləri qarışdırırdısa, yeni texnologiya sayəsində əsas korpus barabanın arxa divarından asılı olmayaraq hərəkət edir. Burada baraban bir istiqamətdə dövr edərkən, üç pərli arxa divar əks istiqamətə fırlanır.

Belə olduğu halda, paltarlar korpus daxilində sadəcə barabanın dövr etdiyi istiqamətdə deyil, həm də əks istiqamətdə hərəkət edir. Beləliklə, geyimləriniz daha effektiv və texnologiyanın adından məlum olduğu kimi “Quick” – daha tez yuyulur. Quick Drive texnologiyası əsas yuma rejimlərində istifadə olunan zamanı qısaldaraq heyrətamiz nəticələr əldə etməyə imkan yaradır.

Buna misal olaraq, əgər əvvəllər “Cotton” yuma rejimi 131 dəqiqə tələb etdirdisə, Q-Drive texnologiyası ilə cəmi 66 dəqiqə davam edir, həmçinin indi “Eco Wash” rejimi – 115 dəqiqədən, 58 dəqiqəyə qədər, “Quick Wash” proqramının işləmə vaxtı isə 59 dəqiqədən 39 dəqiqəyə qədər azalıb.

Yuma vaxtını azaldaraq, yeni texnologiya həm də elektrik enerjisinə qənaət etməyə kömək edir.  
Həmçinin, əlavə “qapının” köməyi ilə, sadəcə PAUSE düyməsini basaraq, siz yadınızdan çıxan geyimləri əsas yuma prosesinə əlavə edə bilərsiniz. Add Door qapısının sayəsində siz əl ilə yuduğunuz paltarları “sıxma” rejimində yumaya daxil edə və ya kondisioner əlavə edə bilərsiniz.

Paltaryuyan maşını havalandırmaq üçün isə sadəcə əlavə qapını açıq saxlamaq kifayətdir. 
Samsung Add Wash paltaryuyan maşınları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri