13 
Fev
2019
13:27
42
159
4678
Virtual karabakh

İtirilmiş “Huawei Mate 20 Pro” Norveçin buzlu sularından salamat tapıldı

13 Fev, 2019
13:27
4678

İtirilmiş “Huawei Mate 20 Pro” Norveçin buzlu sularından salamat tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər birimiz nəyinsə itkin düşməsi halında ilkin 72 saatlıq bir müddətin çox kritik olduğunu bilirik. Kəskin hava şəraitində həyat itirilə bilər, eyni zamanda telefon batareyaları da praktiki olaraq boşalacaqdır.

Sizə təqdim etdiyimiz hazırki hadisə isə minlərcə kilometr uzaqlıqda itirilmiş bir “Huawei” telefonunun salamat bir şəkildə Çinə geri dönmə hekayəsidir.

“Huawei” şirkətinin premium kamera brendi olan “Leica” ilə əməkdaşlığı uzun müddətdir ki, fotoqrafiya həvəskarları arasında “Huawei” telefonunu favorit edib. 

“Leica” dəstəkli telefonların süni intellekt texnologiyanı dəstəkləyən “Gecə Modu” özəlliyi bu smartfonları təbiətin Aurora (Qütb parıltısı) kimi inanılmaz fenomenini çəkmək üçün mükəmməl bir seçim halına gətirib.

Bu yaxınlarda bir Çinli turist Norveçin Narvik şəhərindəki xizək kurortunda səyahət edərkən təsirli Aurora fenomenini çəkmək üçün “Huawei Mate 20 Pro” alıb, lakin nəticədə telefonu itirib. 

Telefonu tapmaq üçün isə rouminq xidmətini aktivləşdirməkdən başqa bir çıxış yolu qalmayıb. Üç gündən sonra itmiş telefonun sahibi Çinə qayıdıb və rouminq xidmətlərini aktivləşdirib.

İtmiş “Huawei Mate 20 Pro” smartfonu isə bu müddət ərzində payız fəslində təkcə salamat qalmayıb, son dərəcə kəskin bir soyuğa rəğmən işlək vəziyyətdə qalıb və hətta smartfonun batareyasının telefon tapılana qədər üç gün ərzində boşalmadığı da aşkar olunub. Nəticədə, smartfon zəng səsini verən zaman həmin ərazidən keçən bir şəxs tərəfindən tapılıb. 

“Huawei” şirkəti bu hadisə ilə əlaqədar olaraq “Huawei”in rəsmi “Weibo” hesabı ilə məlumatlandırıldığı zaman şirkət Norveçdəki ofisinin xizək mərkəzi ilə əlaqə qurmasını təşkil edib və smartfonun Çindəki Şenzen ərazisinə smartfonun sahibinə etibarlı çatdırılmasını təmin edib.

Bu uğurlu hadisədən sonra keçmiş “iPhone” hardkor istifadəçisi “Huawei” smartfonunun özəlliklərindən və şirkətin müştəri xidmətinin fəaliyyətindən o dərəcədə təsirlənib ki, o “Huawei” telefonlarının heyranına çevrilib.

Qeyd edək ki, “Huawei” telefonunun mühüm kamera xüsusiyyətləri, uzun müddət dayanıqlılığı və uzun ömürlü batareyası bu telefonu Avropada məşhur bir seçim halına gətirib. “Mate 10 Pro”nun daha əvvəlki bir təcrübəsi də göstərib ki, bu telefon suda dondurulduqdan sonra belə funksiyasını qoruyub saxlaya bilir və bu “Huawei” telefonlarının kəskin soyuq hava şəraitində xidmət göstərə biləcəyini bir daha sübut edir.

“Huawei CBG” qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/
https://www.instagram.com/huaweimobileaz/
https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri