14 
Fev
2019
10:43
21
96
2260
Virtual karabakh

“Huawei Mate 20 Pro”dan HiVision imkanı

14 Fev, 2019
10:43
2260

“Huawei Mate 20 Pro”dan HiVision imkanı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Huawei” şirkəti Mate 20 Pro seriyasında süni intellekt texnologiyasının imkanlarını istifadə edib.

Dünyada ilk 7 nanometr Mobil süni intellekt imkanlarına sahib 8 nüvəli Kirin 980 prosessoru ilə təchiz olunuş smartfon daha yüksək keyfiyyətli video və foto qrafika ilə yanaşı süni intellekt əsaslı obyektin tanınması funksiyası – HiVision imkanını da təqdim edib.

HiVision ilə “Huawei Mate 20 Pro” cibdə gəzdirilən tam bir ensiklopediyadır. HiVision funksiyası şəkil əsasında obyektin axtarılıb tapılmasıdır. Şirkətin bildirdiyinə əsasən, bu funksiya hazırda 3 istiqamətdə dəstəklənir. Qida, incəsənət və ərazinin tanınması.

Qeyd olunan imkanların reallaşması, informasiyanın alınması üçün şirkət müxtəlif bulud həlləri təchizatçıları ilə əməkdaşlıq edir. Məsələn, HiVision qidanı təyin edən, onun kalorisi və barəsində digər əlaqəli informasiyaları bildirən zaman bu informasiyaları müvafiq bazadan əldə edir.

HiVision real dünyada müxtəlif obyektləri tapmaq üçün süni intellekt imkanlarından istifadə edir. İstifadəçi bu funksiyadan hər hansı bir ərazi və ya incəsənət işi barəsində əlavə məlumat almaq üçün istifadə edə bilər. Həmçinin küçədə gördüyü əşya bardədə e-ticarət saytlarından həmin əşyanın qiymətini əldə edə bilər.

Qeyd edək ki, HiVision imkanları region və ölkədən asılı olaraq əldə olunmaya bilər.

“Huawei Mate 20 Pro” modelinin veriyi imkanlar istifadəçilərin günü-gündən artan istəklərini təmin etməyə şərait yaradır.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri