22 
Fev
2019
16:17
46
39
2131
Virtual karabakh

“Lenovo” son dörd il ərzində ən yüksək rüblük gəlir və mənfəət göstərir

22 Fev, 2019
16:17
2131

“Lenovo” son dörd il ərzində ən yüksək rüblük gəlir və mənfəət göstərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lenovo” (HKSE: 992) (ADR: LNVGY) 31 dekabr 2018-ci il tarixində sona çatan üçüncü rübün maliyyə nəticələrini açıqlayıb. Şirkət son 4 il ərzində 14 milyard dollar məbləğində maksimal gəlir qazanıb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 8,5 % çoxdur (valyuta amillərini istisna etsək, 12,8 % çoxdur). Hesabata əsasən, şirkət 350 mln. dollar məbləğində vergiyəqədərki gəlir əldə edib (artım 133%, ya da ildən ilə $200 milyon), bu göstərici şirkətin tarixində mütləq bir rekorddur.

“İntellektual Tranformasiya istiqamətində işimizi yönəldən zaman məqsədimiz “Lenovo” biznesinin inkişaf tempini qorumaq və artırmaqdan ibarət idi, eyni zamanda müştərilərimizə və tərəfdaşlarımıza internetin ən yaxşı nümunələri, ağıllı infrastruktur və smart inteqrasiya edilmiş həlləri ilə təmin etməyə davam edirdik. Lakin biz bundan daha atrığına nail ola bildik: sənayenin lideri və ən aktiv inkişaf edən texnologiya şirkəti kimi statusumuzu möhkəmləndirdik.

Məni daha çox sevindirən odur ki, “Lenovo” bu sənayenin ümumi trendində yer alıb – biz güclüyük, bunu rüb üzrə əldə etdiyimiz rekord göstəricilər təsdiqləyir və daha çox güclənirik”, - deyə “Lenovo”nun direktorlar şurasının sədri və icraçı direktoru Yan Yuansin bildirib.

Şirkətin struktur bölmələrinin nəticələri:

Smart Cihazlar Bölməsi (IDG) gəlir və mənfəətin rekord məbləğinə çatdı; gəliri üç rüb ardıcıl artır, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% artaraq 12,4 milyard dollara yüksəldi.

PC və Smart Cihazların satışı rekord göstərdi və əvvəlki rübün sürətli dinamikasını davam etdirərək, 10,7 milyard dollar (11,6% artım) təşkil etdi. PC seqmentindəki artım bazarın 17 faizdən çoxunu keçərək 16 % təşkil etib, vergiyəqədərki mənfəət həmçinin artıb. Lenovo, 24,6% bazar payı ilə öz seqmentində dünya lideri mövqeyini inamla qoruyur.

İş stantsiyaları, İncə və Yüngül qurğular və Vizual həllər kimi sürətli böyüyən premium seqmentlərinə yetirilən diqqət, bazar artımını 30 punktdan çox, oyun qurğuları 16 punkt, Chromebook'ları 220 punkt ötüb geridə qoydu.

IDG çərçivəsində fəaliyyət göstərən Mobile Business Group (MBG), Motorola şirkətinin 2014-cü ilin oktyabr ayından etibarən ilk mənfəət dövrü haqqında bildirib. Bu nailiyyət “Lenovo”nun xərcləmə strategiyasını diqqətlə həyata keçirməsi, Qrupun məhsul portfelinin qurulması və əsas bazarlara diqqət yetirmənin nəticəsidir. Qeyd edək ki, Şimali Amerika istiqamətində qrupun satışları bazarın artımını 40 punkt geridə qoydu.

MBG-in digər coğrafi seqmentləri də inanılmaz nəticələr göstərir: Lenovo, valyuta məzənnəsinin dəyişkənliyinə baxmayaraq, Latın Amerikası bazarında ikinci yeri tutur. Çində “Lenovo” markası altında yeni bir məhsul xətti sayəsində, qrup yüksək vergiyəqədərki gəlirini qoruyub, satışları dörd dəfə artıra bildi.  

Lenovo Data Center Group (DCG) bölməsi ardıcıl 5 rüb gəlir artımı haqqında məlumat verir (gəlirlilik ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% artıb). Gəlirlər 31% artaraq 1,6 milyard dollar təşkil edib.

Qeyd edək ki, DCG bütün coğrafi seqmentlərdə, o cümlədən Şimali Amerikada üç rəqəmli artım tempini, Asiya-Sakit okean regionunda, EMEA bölgəsində və Latın Amerikasında iki rəqəmli artım göstəricisi əldə edib. Çində fəaliyyətə başlayan NetApp birgə müəssisəsi brend portfelini daha da gücləndirir və qrupun biznes imkanlarını genişləndirir. 

Hyperscale bir daha üçrəqəmli artım tempinə nail olmaq üçün öz töhfəsini verdi, Software Definition Infrastructure (SDI) gəlirləri isə əvvəlki il ilə müqayisədə 70% artdı. Qrup TOP500 siyahısına əsasən superkompüterlər seqmentində liderliyini qoruyur.

Lenovo (HKSE: 992) (ADR: LNVGY), 45 milyard dollarlıq dövriyyəsi olan bir şirkətdir, Fortune Global 500-də dünyanın ən böyük şirkətləri siyahısında və "İntellektual Transformasiya" sahəsində qlobal texnologiya lideridir, cihazları və ağıllı infrastrukturları inkişaf etdirmək və həyata keçirməklə insanların gündəlik həyat rahatlığını artırır. 

“Lenovo” şirkəti Motorola smartfonları, planşetlər, ThinkPad, Yoga və Lenovo Legion markaları altında personal kompüterləri, həmçinin iş stantsiyaları, virtual və genişlənən reallıq həllər, həmçinin ağıllı ev və ofis cihazları daxil olmaqla dünyada ən geniş çeşidli məhsullar istehsal edir. 

“Lenovo” tərəfindən ThinkSystem və ThinkAgile məlumat mərkəzləri üçün işlənib hazırladığı məhsulları, insanların biznes qurmaq və həyatlarını təşkil edən məhsulları və xidmətləri birləşdirən hesablama gücünü təmin edir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri