25 
Fev
2019
11:40
64
133
5890
Virtual karabakh

Dünyanın ilk beşkameralı smartfonu təqdim olundu - VİDEO

25 Fev, 2019
11:40
5890

Dünyanın ilk beşkameralı smartfonu təqdim olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nokia” ticarət nişanı altında smartfonlar buraxan “HMD Global” (Finlandiya) şirkəti dünyanın ilk beşkameralı mobil telefonunu təqdim edib.

Bu barədə şirkətin pres-relizində deyilir.

“Nokia 9 PureView” arxa panelində “Zeiss” optikası ilə təchiz olunub. İstehsalçılar əmin edir ki, təsvirin beş kamera ilə avtomatik şəkildə əlaqələndirilməsi fokusu çəkilişdən sonra belə nizamlamağa imkan verir. “Müstəsna dinamik diapazon” hesabına təsvirlər 12 meqapiksel ölçüdə əldə olunur.

“HMD Global”a görə, bu smartfon məhz peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Qadjetlə sıxılmamış RAW formatında çəkmək və təsviri birbaşa cihazda nizamlamaq olur.

“Nokia 9 PureView” altı düymlük ekrana malikdir və Qualcomm Snapdragon 845 prosessoru ilə təchiz olunub. Əməli yaddaşı 6 giqabayt, fiziki yaddaşı 128 giqabaytdır.

ABŞ-da onun 699 dollardan başlayan qiymətlərlə satışa çıxarılacağı bildirilir. Habelə Avropa və Asiyada qiymətin bazar şəraitindən asılı olaraq dəyişə biləcəyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri