Mar
2019
15:39
77
36
6020
Virtual karabakh

“Taxify” adını dəyişdi

7 Mar, 2019
15:39
6020

“Taxify” adını dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Estoniyanın nüfuzlu “Taxify” mobil inteqrasiyalı taksi şirkəti rebrendinq edib.

Bu barədə “TechnoCrunch” nəşri şirkətin rəsmi saytına istinadən məlumat yayıb.

Şirkət və ümumilikdə mobil xidmət “Bolt” adı altında fəaliyyət göstərəcək. Şirkətin artıq yeni loqotipi də rəsmi saytda təqdim olunub.

Şirkətin məlumatına görə, brenddə baş verən dəyişiklik onun fəaliyyətində baş verən genişlənmə ilə əlaqədardır. Belə ki, mobil inteqrasiyalı xidmətlə əvvəl avtomobil və motosiklet çağırmaq mümkün idisə, bundan sonra onun vasitəsilə “samokat”ların icarəsi üzrə xidmətləri də işə salıb.

“Bolt” xidmətlərinin sayını gələcəkdə artırmağı planlaşdırır.

Qeyd edək ki, “Taxify” beş il əvvəl təsis olunmuş beynəlxalq nəqliyyat şəbəkə şirkətidir, Estoniyanın Tallin şəhərində mərkəzləşib. Şirkətin hazırladığı “Taxify” tətbiqi ondan istifadə edən şəxslərin smartfonla asan şəkildə taksi və ya şəxsi sürücü sifariş verməsinə imkan verir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri